Pulun ixtirası tarixdən əvvəlki dövrlərə gedib çıxır. İnsanlar ilk dəfə nadir dəniz qabıqlarından pul kimi istifadə edirdilər. Lakin daha çox pul lazım olduğundan və daha çox pul dəniz qabığı ilə qarşılana bilmədiyindən muncuq kimi kiçik və nadir əşyalar da pul kimi istifadə olunurdu.
İlk metal sikkənin ixtirası
İlk metal sikkə eramızdan əvvəl Çində hazırlanıb. 1500-cü illərdə icad edilib. İxtira edilən ilk sikkələr kiçik parçalara kəsilmiş tunc olub və alış-veriş üçün istifadə edilib.

Hökumətin icad etdiyi ilk pul
Bir dövlətin icad etdiyi ilk pulun tarixi e.ə. 650-ci illərə aiddir. Anadolunun qərbində Gediz və Menderes çayları arasındakı bölgədə hökmranlıq edən Lidiyalılar dövlət olaraq rəsmi pul istehsal edən və istifadə edən ilk sivilizasiyadır. Lidiyalılar muzdluların maaşlarını istehsal etdikləri pullarla ödəyirdilər. Lakin Lidiyalıların çıxardığı ilk dövlət pulları daha çox alış-veriş və ticarət üçün istifadə olunurdu.
İlk kağız pulun ixtirası
Kağız pul və ya əskinaslar ilk dəfə çinlilər tərəfindən eramızın 618-907-ci illəri arasında istifadə edilib. Kağız pul ənənəsi Avropa qitəsinə 500 ildən çox sonra, təxminən 17-ci əsrdə çatdı. 1400-cü illərdə Çində böyük iqtisadi böhran yaşandı və əskinasların çapı 1455-ci ildə dayandırıldı.
Mənbə: Bilimcini
Tərcümə etdi: Nəzri Süleymanova
