Bu gün:

Quru dərinin səbəbləri nələrdir?


Quru dəri və ya tibbdə məlum olduğu kimi kserozu dərinin ən səthi təbəqəsi olan epidermisdə lazımi miqdarda suyun olmaması ilə xarakterizə olunan çox yayılmış bir dəri problemidir. Kişilərdə və qadınlarda eyni dərəcədə təsir göstərsə də, daha çox yaşlı insanlarda rast gəlinir. Əllər, dirsəklər və dodaqlar kimi bölgələr quru dəridən daha çox təsirlənir.

Dərinin qurumasına səbəb nədir?

Quru hava şəraitinə, isti suya və bəzi kimyəvi maddələrə məruz qalma dərinin qurumasına səbəb ola bilər. Dərinin qurumasına əsas tibbi şərtlər də səbəb ola bilər. Adətən ekoloji səbəblərdən qaynaqlanır. Quru dərinin mümkün səbəbləri bunlardır:

Hava şəraiti Dəri temperatur və rütubət səviyyəsinin aşağı düşdüyü qış aylarında ən quru olur.

İsitmə vasitələri Radiatorlar, odun sobaları, yeraltı istilik cihazları və kaminlər rütubəti azaldır və dərini qurudur.

 İsti vannalar və duşlar Uzun isti duşlar və ya vannalar dərini qurudur. Xüsusilə çox xlorlu hovuzlarda üzgüçülük də quruluğun mühüm səbəbidir.

Sərt sabunlar və yuyucu vasitələr Bir çox növ sabunlar, yuyucu vasitələr və şampunlar dəridəki nəm və yağı çıxararaq quruluğa səbəb olur.

Kifayət qədər maye içməmək Dərinin nəmliyini qorumaq üçün hər gün kifayət qədər su içmək lazımdır.

Digər dəri xəstəlikləri Atopik dermatit və ya sedef kimi dəri xəstəlikləri olan insanlar quru dəriyə meyllidirlər.

Bəzi dərmanlar Dəri quruluğu bəzi dərmanların yan təsiri kimi baş verə bilər. Dermatit dərinin həddindən artıq quruluğu ilə xarakterizə olunan bir qrup dəri xəstəlikləri üçün tibbi termindir. Dəridə quruluğa səbəb olan müxtəlif dermatit növləri var.

Kimdə dəri quruluğuna rast gəlinir?

Quru dəri hər kəsdə rast gəlinə bilən bir vəziyyətdir. Bununla belə, bəzi risk faktorları dərinin həssaslığına səbəb olur və quruluğun inkişaf riskini artırır. Dərinin quruması riskini artıra bilən amillərdən bəziləri bunlardır:

Yaş: Quru dəri problemi gənclərə nisbətən yaşlı insanlarda daha çox rast gəlinir. Yaşlandıqca dəridəki məsamələr təbii olaraq daha az yağ istehsal edir və bu da riskin artmasına səbəb olur. 40 yaşdan yuxarı insanların 50% -dən çoxu quru dəri yaşayır.

Tibbi keçmiş: Ailədə ekzema, allergik kontakt dermatit və ya digər allergik xəstəlikləri olan şəxslərdə bu dəri problemləri daha çox inkişaf edir və nəticədə dəri quruyur.

Peşə: Quru dəri, tibb bacısı və bərbər kimi su və kimyəvi maddələrlə çox təmasda olan peşə qruplarında ümumi şikayətdir.

Mənbə: medicalpark.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et