Bu gün:

Frida Kahlo sənəti


Son dövrlərin ən ikonik rəssamlarından biri olan Frida Kahlonun sənəti qədər populyarlaşan bir həyat hekayəsi var. Burada onun həyatı ilə bağlı bəzi maraqlı faktlar var.

Frida həmişə rəssam olmaq istəmirdi.

Frida 1907-ci ildə Mexiko şəhərinin kənarındakı bir kənddə anadan olub.

Onun atası Vilhelm 1891-ci ildə Meksikaya köçmüş alman fotoqraf idi. Orada o, Fridanın ispan və amerikan hindu kökənli olan anası Matilda ilə tanış olur və onunla evlənir.

Matilda çox dindar bir xanım idi və Fridanın tərbiyəsində sərt idi. Və bu səbəbdən o, anasını "mehriban, aktiv və ağıllı, eyni zamanda qəddar və fanatik dindar" kimi təsvir etmişdir.

Frida atasına xüsusilə yaxın idi və o, sənətdən zövq aldığı fotoqrafiya studiyasında günlərlə ona kömək etmək üçün vaxt sərf edirdi. O, atasına kömək etməyi sevsə də, hətta bir ailə dostundan rəsm dərsləri alsa da, o, heç vaxt bu barədə daha çox düşünmürdü!

Əvəzində o, elmlərə və biologiyaya heyran idi və bir gün həkim olmaq arzusunda idi.

Poliomielit əlilliyə səbəb olanda Frida altı yaşında idi.

Frida böyüyəndə poliomielit epidemiyaları hələ də kifayət qədər yayılmışdır.Frida altı yaşında olanda sağ ayağının sol ayağından daha incə və qısa olmasına səbəb olan virusa tutuldu. Daha sonra həyatda Frida uzun rəngli ətəklər geyinməsi ilə məşhurlaşdı.O bunu ayağını gizlətmək üçün geyinməyə başlamışdır.Xəstəliyə görə Frida aylarla məktəbə ara verməli oldu. O, uzun müddət uzaqda qaldıqdan sonra sinifə qayıdanda, digər uşaqlar onunla heç nə etmək istəmədilər və indiki axsaqlığına görə onu təhqir etdilər. Ancaq Fridanın atası qızının xəstəlikdən sonra sağalmasına kömək etmək üçün orada idi. O vaxtlar bir çoxları fiziki məşqlərin qızlar üçün “uyğun olmadığını” desələr də, atası onu çölə çıxıb idmanla məşğul olmağa çağırırdı ki, bu da onun gücünü bərpa etməyə kömək etdi!

Böyük bir qəza onun həyatını dəyişdi.

Frida 18 yaşında olan zaman sevgilisi ilə səyahət etdiyi avtobus tramvayla toqquşur. Faciəni xatırlayan sevgilisi avtobusu “min parçaya bölündü” kimi təsvir etmişdi.

Dəmir tutacaq onun ombasına girib digər tərəfdən çıxdıqda Frida qəzada az qala öləcəkdi. Bunun üzərinə hətta onun onurğa sütunu, körpücük sümüyü, qabırğaları, çanaq sümüyü, sağ ayağı 11 yerdən sınmışdır.

Nəhayət sağalsa da, onurğasından aldığı zədələrə göə həyatı boyu 35 əməliyyat keçirməli oldu və xroniki ağrılarla yaşadı. Frida uzun müddətə sağaldı, lakin o, bu müddətdə rəsm çəkməyə başladı. O, yatağında bir dəzgahla oturub otağın o biri tərəfindəki güzgüdə özünə baxaraq əsasən avtoportretlər çəkirdi.O, çəkdiyi rəsmlərdə zədələrini və əlilliklərini boyayırdı.

Mənbə: Aruma

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et