Bu gün:

Ofis işçiləri üçün qızıl məsləhətlər


Həkim Fevzi Özgönül ofis işçilərinə sağlam qidalanma mövzusunda xəbərdarlıq edib. Özgönül, "Gün ərzində masanın altında ayaqlarımızı qarnımıza qədər çəkib idman edə bilərik, necə deyərlər: Heç yoxdan yaxşıdır. Yerimizdən qalxıb ara-sıra 2-3 addım ata bilərik" dedi.


"Body Mind ilə Arıqla" adlı kitabı ilə diqqət çəkən Dr. Fevzi Özgönül, "Ümumilikdə masa başında işləyənlərin çəki problemi yaşayacağı düşünülür. Hərəkət edə bilmirsinizsə, yediyiniz yeməkləri xərcləyə bilməzsiniz, ona görə də bu yeməklərin qarın, omba kimi qalacağı düşünülür" dedi. Əslində yediyimiz yeməklər orqanizmin ehtiyac duyduğu qidaları ehtiva edir və ehtiyacdan çox yemək lazım deyil. 


Dr. Fevzi Özgönül çox asan bir neçə təkliflə masa başında işləyənlərin kökəlməməsinin, hətta arıqlayıb ideal bədənə qayıtmasının əslində mümkün olduğunu ifadə edərək, ofisdə çalışanlar üçün təkliflərini belə sıralayıb:


Madam ki, stol arxasında işləyirik və fiziki iş görmürük, yemək yeyərkən çörəkdən uzaq olaq, lazım gələrsə, daha çox yeyək, amma toxluq xatirinə çörək yeməyək. Təxminən 3 günə orqanizminiz bu vəziyyətə öyrəşəcək". Hərəkətsiz olduğumuz zaman yavaşlayan orqan həzm sistemimizdir. Bağırsağın içindəki qidaları orqanizmə hopdurmaq üçün bir az da olsa hərəkət etməyimizə ehtiyac var ona görə də xəstəxana koridorunda gedən xəstələri düşünək. Axşam yeməyinə ac qalana qədər gözləyək. 


İş masasında işləyiriksə, 17:00 - 18:00 radələrində ac qalırıq, lakin bu aclıq yemək deyil, hərəkət etmək istəyidir. İkisini qarışdırmayaq. Axşam evə gedərkən piyada getməyə diqqət edin.Saat 17:00 - 18:00 radələrində aclıq hiss ediriksə, süd, ayran və ya qatıq kimi maye və asan həzm olunan qidaları seçək. Artıq ac deyiliksə, yenidən aclıq hiss edənə qədər gözləyək.

Mənbə: trthaber

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et