Bu gün:

Dünyada iş yerlərinin azalmasının demoqrafik vəziyyətlə əlaqəsi



Dəyişən dünyanın demoqrafik vəziyyəti dünyada iş yerlərinin azalmasına, insanların həyat fəliyyətinə, yaşam standartlarına əhəmiyyətli təsir göstərir.

İş yerlərinin yaradılması və məhv edilməsinin ən böyük səbəbi ətraf mühit, texnologiya və iqtisadi dəyişikliklərdən irəli gəlir. Sadalanan makrotrendlərə görə müəssisələr bizneslərin yaşıl keçidini asanlaşdıran investisiyalar, ESG standartlarının daha geniş tətbiqi və təchizat zəncirlərinin daha çox lokallaşdırılması ilə idarə olunan ən güclü xalis iş yerlərinin yaradılması effektini proqnozlaşdırırlar. İqlim dəyişikliyinə uyğunlaşmaq və inkişaf etməkdə olan demoqrafik divident də xalis iş yeri yaradanlar üçün önəmlidir. Gözlənilir ki, yeni və qabaqcıl texnologiyaların mənimsənilməsi və artan rəqəmsal çıxış yolu ilə texnoloji tərəqqi sorğuda iştirak edən şirkətlərin yarıdan çoxunda iş yerlərinin artımına təkan verəcək, şirkətlərin beşdə birində gözlənilən iş yerlərinin dəyişdirilməsi ilə əvəzlənəcək. Gözlənilən xalis iş yerlərinin məhv edilməsinin üç əsas qolu iqtisadi artımın yavaşlaması, tədarük çatışmazlığı və daxilolmaların artan qiyməti və istehlakçıların yaşayış dəyərinin artmasıdır. İşəgötürənlər həmçinin başa düşürlər ki, artan geosiyasi bölgülər və COVID-19 pandemiyasının davam edən təsiri əmək bazarının pozulmasına səbəb olacaq – bu tendensiyaların müsbət təsir göstərəcəyini gözləyən işəgötürənlər ilə işçilərə mənfi təsir göstərəcək.

Mənbə: Science Europe

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et