Balıq zəngin vitamin tərkibinə və güclü qida dəyərinə görə həm uşaqların, həm də böyüklərin müntəzəm olaraq istifadə etməli olduğu qidadır. Yaşadığı dənizə və mövsümə görə dəyişsə də, xüsusilə qış aylarında təzə və müxtəlif balıqlar həftənin ən az 2-3 günü süfrədə olmalıdır.

İmmunitet sistemini qoruyur:
Xüsusilə, mövsümdə istifadə edilən balıq,
tərkibindəki yağ turşuları sayəsində immunitet sistemini gücləndirmək üçün son dərəcə lazımlı bir qidadır. Araşdırmalar sübut edib ki, balıq orqanizmi qrip və infeksiyalardan qoruyur. Xüsusilə, mövsümdə həftədə iki dəfə müntəzəm olaraq balıq istifadə edilməlidir.
Omega3 qaynağı.
Digər heyvan mənşəli qidalardan fərqli olaraq, balıq doymuş yağ əvəzinə doymamış yağ turşuları adlanan omeqa3 yağ turşularını ehtiva edir. Omega3 bədən tərəfindən istehsal olunmayan və daha çox balıqda olan son dərəcə faydalı bir yağdır. Somon, skumbriya, sardina və ton balığı, xüsusilə soyuq su balıqları omeqa3 ilə zəngindir. Omeqa-3; Ürək-damar sağlamlığını qorumaqla yanaşı, makula degenerasiyası riskini azaldır və qan şəkərini tənzimləməyə kömək edir.
Zəkanın inkişafına kömək edir.
Balıq yodla zəngin qida mənbəyidir və zəkanın inkişafında mühüm rol oynayır. Balıq yeyən uşaqların zəka ballarını və öyrənmə qabiliyyətlərini artırdığı görülür. Xüsusilə hamiləliyin ilk üç ayında müntəzəm olaraq balıq istifadə edən anaların körpələrinin körpəlik dövründə tutma, öyrənmə, qavrayış və əl
funksiyalarının daha güclü olduğu müəyyən edilmişdir. Körpə və uşaqlarda zəka inkişafını dəstəkləyən balıqların tərkibində olan DHA görmənin sağlam inkişafında və nevroloji inkişafda son dərəcə aktiv rol oynayır.
Ürək sağlamlığını qoruyur.
Balıqlar ürəyin əsl dostudur. Balıqdakı Omeqa3 yağ turşuları pis xolesterini (LDL) azaldır və yaxşı xolesterolu (HDL) artırır. Qandakı trigliseridləri, yəni sərbəst yağları azaltmağa kömək edir. Qan təzyiqini aşağı salaraq ürək çatışmazlığı və insult riskindən qoruyur, laxtalanmanın qarşısını alaraq qanın axıcılığını artırır.
Sümükləri gücləndirir.
Balıq sümükləri də gücləndirir. Xüsusilə, sümükləri ilə yeyilə bilən kiçik balıqlar sümükləri gücləndirməyə kömək edən kalsiumla zəngindir. Bu xüsusiyyəti ilə osteoporoz problemi olan insanlara, menopozda olan qadınlara və yaşlılara bol-bol balıq tükətmələri tövsiyə edilir.
Hüceyrələri bərpa edir.
Zülallar orqanizm üçün çox vacib qida mənbəyidir. Bəzi qidalar, o cümlədən balıqlar keyfiyyətli protein və yağlar yaradır.
Protein hüceyrələrin təmirində və yeni toxumaların qurulmasında mühüm rol oynayır. Bu səbəbdən zülalla zəngin olan balıq tükətilməlidir.
Mənbə: Habertürk
Tərcümə etdi: Nuray Mürsəlova
