Bu gün:

Daha az su tükətsək nə baş verər?


Yer üzündəki bütün canlıların mənbəyi olan su bədənimiz üçün də çox vacibdir. Beləliklə, mütəxəssislər gündə nə qədər su istifadə etməyi məsləhət görür və kifayət qədər su içməsəniz nə ola bilər?

Bəzən çox su içirik, bəzən də su içməyi unuduruq. Mütəxəssislər, hər açıqlamalarında suyun insan orqanizmi üçün çox vacib olduğunu bildirir və gündə 3 litr su içməyi tövsiyə edirlər. 


Yaz aylarında immun sisteminin zəifləməsi nəticəsində yaranan bir çox xəstəliklər bədənimizi yorğunlaşdıra bilər. Bədənimizi formada saxlamaq üçün diqqət etməli olduğumuz əsas məsələlərdən biri də su istifadəsidir. 

Bu dövrdə bədəndə nə baş verəcək?

Mənfi təsirlərin qarşısını almaq üçün su istifadəsi çox vacibdir. Mütəxəssislər xüsusilə qeyd edirlər ki, maye tükətimi gündə 3 litrə qədər artırılmalıdır. Kofeinli içkilər suyu əvəz edə bilməz.Keyfiyyətli və təmiz su da insan sağlamlığı üçün çox vacibdir. Suyun tərkibində olan maqnezium və natrium insan orqanizmi üçün çox vacib minerallardır. Sudan başqa istifadə etdiyimiz içkilərin suyu əvəz etmədiyini bildirən mütəxəssislər, kofeinli içkilərin həddindən artıq istifadəsini ürək döyüntüsünə və bədəndə susuzluğa səbəb olacağını qeyd ediblər. Gündəlik kifayət qədər su istifadəsi, təmiz havada gəzinti və idmanla həyata keçirildikdə insanı daha canlı saxlayır.

Gündəlik iş həyatının, iş şəraitinin və oturaq həyatın insanları daha tez xəstələndirdiyini bildirən mütəxəssislər, susuzluğun da insanlarda stress yaratdığını qeyd ediblər. Yuxudan duranda 2 stəkan su içməyin daxili orqanları aktivləşdirdiyini xatırladan mütəxəssislər, yeməkdən yarım saat əvvəl içilən suyun həzmi yaxşılaşdırdığını, duş qəbul etməzdən əvvəl isə bir stəkan su içməyin təzyiqi tarazlaşdırdığını bildiriblər.
Susuzluq da sağlamlıq problemlərinə səbəb olur. Yeməkdən əvvəl su içmək də porsiya ölçülərini azaltmağa və daha asan arıqlamağa kömək edir. 

Kifayət qədər su  tükətmədikdə dəri xəstəlikləri, həzm sistemi pozğunluqları, yüksək xolesterol, böyrək xəstəlikləri və xroniki yorğunluq kimi bir çox ciddi sağlamlıq problemlərinə səbəb olur.

Mənbə: Trthaber
 Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et