Əsl piano və violonçeldən düz 50 dəfə böyük tikilmiş Piano Evi görünüşü ilə yanaşı hekayəsi ilə də diqqət çəkir. Musiqi ilə memarlığın möhtəşəm harmoniyasını öz ziyarətçilərinə təqdim edən bu unikal tikili dünyada görülməyə dəyər müasir incəsənət nümunələri sırasına adını yazdırmağı bacarıb.
Çinin An-Hui şəhərinin Huainan rayonunda yerləşən bu maraqlı ev bölgəyə gələn turistlərin böyük marağına səbəb olsa da, həm memarlığına həm də adına yaraşan musiqi məktəbi şagirdləri üçün çox ruhlandırıcı sinif otağı rolunu oynayır.
Tamamilə qara və ağ şüşədən istifadə edilməklə tikilən Piano Evinə çatmaq üçün əvvəlcə tamamilə şəffaf şüşədən hazırlanmış violonçelin içərisindəki pilləkənlərdən istifadə etmək lazımdır. Sonra bu pilləkənlər sizi birbaşa əsas binaya, yəni pianoya aparır.

Şəhərin turizm əhəmiyyətini artıraraq iqtisadiyyatı canlandırmaq məqsədilə 2007-ci ildə Huainan Fangkai Dekorasiya Layihəsi çərçivəsində həyata keçirilən Piano Evini yalnız turizm məkanı adlandırmaq təbii ki, ədalətsizlik olardı. Pianonun altında yerləşən iki fərqli konsert salonu bədii təşkilatlara ev sahibliyi edərkən yuxarı mərtəbələrdəki musiqi otaqları bölgədəki yerli kolleclərdə təhsil alan tələbələr üçün təcrübə dərsləri üçün istifadə olunur.
Mənbə: Milliyet
Tərcümə etdi: Nəzri Süleymanova
