Kanzas Xalq Kitabxanası, ABŞ
Oxuma vərdişi insanın söz ehtiyatını və təxəyyülünü genişləndirən, insanları inkişaf etdirən ən mühüm funksiyalardan biridir. Bəzi insanlar üçün kitablar onların ən yaxşı dostları və hətta sirdaşlarıdır.
ABŞ-ın Kanzas kitabxanasının yerləşdiyi ərazi insanların çox olduğu mühüm məhəllə kimi səciyyələnir. Burada yaşayan insanlar kitaba o qədər dəyər verirlər ki, inkişaf edən texnologiya ilə, xüsusən də gənclərin kitabları unudub elektronika ilə daha çox maraqlandığı dövrdə dünyanın bəlkə də ən diqqətçəkən kitabxanasını öz şəhərlərində yaradıblar.
Şəhərdə kitabxananın yaradılması üçün başlanan kampaniya qısa zamanda o qədər böyük dəstək qazandı ki, kitabxanaya lazım olan 50 milyon dollar birdən-birə toplandı və 100 ildən artıq xidmətdə olan köhnə kitabxana 2004-cü ildə özünəməxsus sima qazandı.

1873-cü ildə "Kanzas İctimai Məktəb Kitabxanası" adı ilə qurulan Kanzas Kitabxanası qısa müddətdə şəhərin mədəniyyət mərkəzinə çevrildi və təhsil resursları ilə yanaşı, Amerika mədəniyyətini daşıyan materialları da ehtiva edir. Kitabxananın ilk kolleksiyası Amerika Ensiklopediyası idi ki, bu dəst indiyədək kitabxananın saxlanılır binasında palıd ağacından hazırlanmış kitab şkafında qorunur. Zaman keçdikcə inkişaf edən və genişlənən kitabxanaya daim yeni binalar və ərazilər əlavə olunurdu. Son toxunuş 2004-cü ildə unikal arxitektura ilə edilib. Xarici görünüşü kitab rəfində düzülmüş bir sıra nəhəng kitabları xatırladan kitabxananın görünüşü o qədər realdır ki, insan rəfdən kitabı çıxardıb oxumaq hissinə qapılır. Kanzas kitabxanasına maraq günü gündən artır.
Mənbə: Milliyet
Tərcümə etdi: Nəzri Süleymanova
