
Ümumdünya Qəhvə Günü, şübhəsiz ki, qəhvə həvəskarları tərəfindən ən çox sevilən gündür. Beynəlxalq Qəhvə Təşkilatı tərəfindən 29 sentyabr - 1 oktyabr tarixləri arasında 78 ölkədə Ümumdünya Qəhvə Günü qeyd olunur.
Əslində, qəhvə sevənlər üçün hər gün qəhvə günüdür, lakin ICO qeyd etmələrin 29 sentyabrda başlayacağına və oktyabrın 1-nin “Ümumdünya Qəhvə Günü” kimi qəbul ediləcəyinə qərar verildi.
Oktyabrın 29-da Milli Qəhvə Günü adı altında keçirilən bayram Yaponiyadan gəlir. 1983-cü ildə Yaponiya Qəhvə Assosiasiyasının (The All Japan Coffee Association) rəhbərliyi ilə qeyd olunan Qəhvə Günü Amerikada 2005-ci ildə rəsmiləşdi. Hazırda bu özəl günün qeyd olunduğu tarixlər fərqli olsa da, məqsəd birdir... Qəhvə həvəskarlarını bir araya toplamaq və onların bu xüsusi içkidən daha da həzz almasını təmin edəcək tədbirlər təşkil etmək.

Ümumdünya Qəhvə Gününü qeyd edən ölkələr:
– Danimarka: 6 may
– Braziliya: 24 may
– Kolumbiya: 27 iyun
– Kosta Rika: 2 sentyabr
– İrlandiya: 19 sentyabr
– Monqolustan: 20 sentyabr
– Almaniya: Sentyabrın ilk şənbəsi
– Yeni Zelandiya, Norveç, Malazya, Macarıstan, Efiopiya, İngiltərə, Şotlandiya, Kanada, Avstraliya, İsveçrə: 28 sentyabr
– Cənubi Afrika, İsveç, Amerika, Yaponiya, Avstriya, Rumıniya, Filippin, Tayvan: 29 sentyabr
Qəhvənin 7 faydası:
1- Xəstəliklərə qarşı qalxan: Tədqiqatlar diabet, Alzheimer, Parkinson və demans kimi sinir sistemi xəstəliklərinə, siroz kimi qaraciyər xəstəliklərinə, həmçinin qaraciyər və kolorektal xərçənglərə qarşı qoruyucu rol oynadığını sübut etmişdir.
2- Enerji ilə təmin edir: Qəhvədəki kofein qan dövranından beyinə keçərək norepinefrin və dopamin ifrazını artırır. Bu, insanın idrak funksiyalarını artırır, onları daha aktiv, enerjili və punktual edir.
3- İdmandan yarım saat əvvəl içəndə yağları əridir: Xüsusilə idmandan və masajdan yarım saat əvvəl bir fincan qəhvə istifadəsi yalnız yağ hüceyrələrinin yanmasını sürətləndirmir, həm də məşq zamanı performansı artırır və məşq müddətini uzadır. O, həmçinin effektiv məşq etməklə əzələlərin inkişafına kömək edə bilər.
4- Vitamin və mineral ilə zəngindir: Qəhvə enerji mübadiləsində rol oynayan B vitaminləri (riboflavin, niasin, pantetonik turşu), maqnezium, kalium və manqan kimi bir çox vitamin və minerallarla zəngindir.
5- Hüceyrələrin gənc qalması: Antioksidantlarla zəngin olan qəhvə hüceyrələrin qocalmasının qarşısını alır.
6- Depressiyanın düşməni: Bir çox araşdırmalar qəhvənin depressiyanı azaltdığı göstərilmişdir.
7- Şəkər xəstəliyinin qarşısını alır: Kafi və balanslı qidalanma ilə gündə 3 stəkandan çox qəhvə istehlak etmək, diabet və xərçəng kimi xəstəliklərin riskini azalda və ömrü uzada bilər.
Mənbə: Habertürk
Tərcümə etdi: Aysel Qasımova
