Çölyak xəstələri hansı qidaları təhlükəsiz şəkildə istifadə edə bilər?

• Bütün tərəvəz və meyvələr,
• Bütün paxlalılar (quru lobya, noxud, mərcimək, soya və s.),
•Bütün qatqısız piylər və yağlar,
• Şəkər növləri (toz, dənəvər şəkər, qəhvəyi şəkər),
• Su, meyvə şirələri, qəhvə, qara çay və bitki çayları,
• Yumurta, zeytun,
• Bal, mürəbbə, bəkməz,
• Ət, balıq, toyuq,
- Qarğıdalı, düyü, kartof kimi qidalar,
• Şabalıd unu, noxud unu, soya unu,
• Təbii təhlükəsiz ədviyyatlar.
İmmunitet sisteminin qlüten zülalına anormal reaksiyası nəticəsində meydana gələn çölyak xəstəliyi hər yaşda baş verə bilər və bəzi fərdlərdə illər boyu heç bir əlamətlə özünü göstərməyə bilər.
Çölyak xəstəliyinin yeganə müalicəsi buğda, arpa, çovdar və yulaf məhsullarından imtina etməkdir.
Mənbə:npistanbul
Tərcümə etdi:Nailə Hadizadə
