Bu gün:

Bakı memarlıq abidələri, yeməkləri və gəzməli yerləri


Bakı memarlıq abidələri

Zəngin mədəni irsi və təbii quruluşu ilə seçilən Azərbaycanın paytaxtı Bakı ziyarət ediləcək bölgələr sırasındadır.

Qafqazın ən böyük şəhəri dedikdə ilk ağla gələn “İçərişəhər” kimi müəyyən edilən və bir çox binanın YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edildiyi bölgədir.

Şirvan Şah sarayı

Bakının mərkəzində, İçərişəhərin tarixi yerlərinə piyada məsafədə yerləşir. Bu bölgəyə XV əsrdə Şirvanşahlar sülaləsindən İbrahim Xəlilullah tərəfindən tikilmiş Şirvanşahlar sarayını ziyarət etməklə başlamaq olar. Dünyanın tanınmış sarayları sırasında olan və 2000-ci ildə YUNESKO tərəfindən mədəni irs siyahısına daxil edilmiş Şirvanşahlar Bakıya səfər zamanı mütləq görməli olunan tikililərdən biridir.

Azərbaycan Qız qalası

Sarayı ziyarət etdikdən sonra İçərişəhərin dar daş küçələri ilə irəlilədikcə, Azərbaycan əskinaslarında da təsvir olunan Qız qalası bütün əzəməti ilə qonaqlarını qarşılayır. Qüllənin dizaynı ilə bağlı müxtəlif əfsanələr danışılsa da, yonma daşlarla tikilmiş 8 mərtəbədən ibarət olan bu tarixi memarlıq 1000 illik tarixinin bütün möhtəşəmliyi ilə mütləq ziyarət edilməli yerlər siyahısında yer almağa layiqdir.

Təpədən şəhərə görünüş

İçərişəhərdə daha bir çox tarixi yerləri gəzdikdən sonra müasir Bakının kəşfi ilə səyahətə davam etmək olar. İlk öncə şəhərin ən hündür nöqtəsində yerləşən Dağüstü parka baş çəkmək, buradan Bakının panoramik mənzərəsindən həzz almaq və Alov Qüllələrinə baxmaq mümkündür.

Müasir Bakını görmək üçün ən yaxşı yerlərdən biri də Xəzər dənizi sahili ilə gəzilən Bakı bulvarıdır. 

Heydər Əliyev Mərkəzi 

Azərbaycanın mühüm binalarından biri olan və futuristik memarlığı ilə diqqət çəkən Heydər Əliyev Mərkəzi Bakının görməli yerlərindən biridir. Azərbaycan mifologiyasında yer alan Xəzərin yüksəlişi yerində inşa edilən, tikintisinə 2007-ci ildə başlanaraq 2012-ci il mayın 10-da istifadəyə verilən mədəniyyət ocağının memarlıq strukturunda öz əksini tapıb.

Binanın ümumi forması yerdən səmaya qalxan dalğaya bənzəyir, sonra isə yenidən yerə enməyə başlayır. Bu, təkcə post-modern memarlığa verilən qiymət deyil, həm də sonsuz bir dövrün təsviridir.

Azərbaycan yeməkləri

Əyləncə nöqtələrindən tutmuş alış-veriş küçələrinə qədər bir çox imkanları olan Bakıda Azərbaycan yeməklərini dadmaq ən vacib işlərdən biridir. Qatıq şorbası olan dovğa, Narqovurma, nar və şabalıdla bişmiş quzu güveç, soğan, kişmiş və qoz ilə doldurulmuş balıq ləvəngi, xəngəl, Gəncə paxlavası və lülə kababı da mütləq dadılmalı yeməklər sırasındadır.

Mədəniyyət abidələri

Azərbaycanda gəzməli yerlər bunlarla məhdudlaşmır. Böyük tarix və mədəniyyətin yayıldığı bu coğrafiyada ziyarət edilməli ən vacib yerlər arasında Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Ədəbiyyatı Muzeyi, Dövlət Bayrağı Meydanı və Bibiheybət məscidi var.

Mənbə: NTV Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et