Bu gün:

İstanbulun qurtuluşu


Qədim tarixə malik İstanbul şəhəri tarix boyu bir çox işğallara məruz qalsa da öz qüdrətini bir misqal da itirməyib.


Osmanlı imperiyası ilə müttəfiq dövlətlər arasında imzalanan Mudros atəşkəs müqaviləsi ilə bu ölkələr arasında Birinci Dünya Müharibəsinin başa çatdığının elan edildi. 13 noyabr 1918-ci ildə düşmən əsgərləri Osmanlı İmperiyasının paytaxtı İstanbula gəlməyə başlayır.  Nəticədə, Osmanlı İmperiyasının paytaxtı İstanbul rəsmi olaraq Antanta dövlətləri tərəfindən işğal edildi.

 

Mustafa Kamal Paşa 1918-ci il noyabrın 13-də günorta saatlarında qatarla İstanbula gəldikdən sonra Heydər paşa Stansiyasından mindiyi “Kartal” qayığı ilə Qalataya doğru gedərkən işğal donanmasından keçib. Bu keçid zamanı köməkçisi Cevad Abbasın ağladığını görən Mustafa Kamal Paşanın böyük bir qətiyyətlə “Gəldikləri kimi gedəcəklər” deməsi Qurtuluş Savaşının ilk müjdəçisi idi. 

 

Mustafa Kamal Paşanın başçılığı ilə başlanan Qurtuluş Savaşının zəfərindən sonra Refet bəyin komandanlığı ilə türk birliyi İstanbula girsə də, işğal rəsmi olaraq başa çatmadı. Qərbi Anadolu düşmənlərdən tamamilə təmizləndikdən və 8 sentyabr 1923-cü ildə Mudanya atəşkəsi imzalandıqdan sonra İstanbul, Boğazlar bölgəsi və Şərqi Trakya düşmənlərdən azad edildi. İmzalanan Lozanna Sülh Müqaviləsinə uyğun olaraq, altı həftə sonra düşmən əsgərlərinin İstanbulu tərk etmələri qərara alındı. 4 oktyabr 1923-cü ildə təşkil edilən mərasimdə işğalçılar Türk bayrağını salamlayaraq şəhəri tərk etdilər. İstanbulun təxminən 5 il davam edən işğalı Türk Ordusunun 6 oktyabr 1923-cü ildə şən bayram havasında, sevinc göz yaşları və gül yağışı altında şəhərə daxil olması ilə sona çatdı və Mustafa Kamal Paşa tarixin sınağından bir daha uğurla çıxdı. Düşmən əsgərləri, “Gəldikləri kimi getdilər”.

 

Sevimli İstanbulumuzun düşmən işğalından azad edilməsinin100-cü ildönümü mübarəkdir!

 

Mənbə: alkev.k12.tr


Tərcümə edən: Gülay Qəribova

Paylaş
Şərh əlavə et