Bu gün:

Klassik musiqinin faydaları


Klassik musiqi nədir?

Qərb Klassik Musiqisi Qərbi Avropadan yaranan, ümumiyyətlə, yüksək mədəniyyət səviyyəsi ilə əlaqəli, xalq musiqisindən aydın şəkildə ayrılmış musiqi növüdür. Klassik musiqi dinləmək insan psixologiyasına və təhsilinə çoxlu müsbət təsir göstərir.


Mütəxəssislər klassik musiqinin stressdən uzaqlaşmaq, nizam-intizamlı olmaq, öyrənmə qabiliyyətimizi artırmaq üçün faydalı olduğunu bildirir və araşdırmaların klassik musiqinin faydalarını ortaya qoyduğunu bildirirlər. Tələbələrin təhsil alarkən musiqi dinləmələri də faydalıdır. Motsartın əsərlərini və barokko üslubunun müəyyən hissələrini (dəqiqədə 60 vuruş tempi ilə qeydə alınmış) dinləyən şagirdlərin daha sakit olduqları, daha uzun dərs oxuya bildikləri, öyrəndiklərini daha uzun müddət yadda saxladıqları və məktəb həyatlarında daha müvəffəqiyyətli olduqları müşahidə edilmişdir. 

Araşdırmalara görə, düzgün tempdə qeydə alınan klassik xüsusi musiqi parçaları ən yüksək öyrənmə/xatırlama effekti üçün beynin sağ və sol hissələrini aktivləşdirir. Musiqi beynin sağ hissəsini aktivləşdirdiyi halda, uşağın oxuduğu və ya ucadan dediyi sözlər sol tərəfini aktivləşdirir. Bu, öyrənmə potensialını ən azı beş dəfə artırır.

“Musiqi ruhun qidasıdır!” 

Musiqinin faydalarını maddələrdə sadalayaq: 

- Uşaqların beyin və mənəvi inkişafına böyük töhfə verir. – Ana bətnindən bəri dinlənilən musiqi uşaqların daha mülayim davranış nümayiş etdirməsinə imkan verir və sonrakı yaşlarda öz təsirini göstərir. Gənc yaşda dinlənilən musiqi uşaqlarda həyat sevincini artırmaqla yanaşı, musiqinin verdiyi hərəkətlilik sayəsində onların əzələlərinin inkişafına gətirib çıxarır və onlara müəyyən bacarıqlar əldə etmək imkanı yaradır. 

Musiqi dinləyən uşaqda melodiya və ritmin inkişafı nəticəsində musiqi qulağı inkişaf edir və bu, gələcəkdə uşağa böyük üstünlük verir.  Musiqiyə qulaq asan uşağın beyni rahatlaşır və bu, uşaqların intellektinin inkişafına böyük töhfə verir. Bu zəka inkişafı illər əvvəl elm adamları tərəfindən sübut edilmişdir. 

–Müalicə prosesində bəzi xəstələrin musiqi terapiyası ilə tez sağaldığı sübut edilmişdir. Məlumdur ki, bəzi musiqilər dərs zamanı diqqəti artırır.  Bəzi klassik musiqilərin iştahı oyatmaq qabiliyyəti olduğu sübut olunub. 

– Musiqi stressi azaldır və dinc bir həyat təmin edir. Musiqi riyazi intellektin inkişafına mühüm töhfə verir.  Körpələrdə musiqi dinləmək onların nitqinin başa düşülməsinə əhəmiyyətli dərəcədə kömək edir.

Motsart təsirindən yararlanın!

Don Campbell musiqinin gücünə dair bu günə qədər ən əhatəli kitabı yazıb: “Motsart effekti”.O izah edir ki, musiqi və digər vibrasiyalar ana bətnindən başlayaraq həyatın bütün mərhələlərində sağlamlıq, təhsil və davranışa əhəmiyyətli təsir göstərir. O, sizə asan həyata keçirilən məşqlərlə fiziki və əqli sağlamlığınızı yaxşılaşdırmağın yollarını öyrədir. 

Don Campbell kitabında musiqi zövqünüz nə olursa-olsun, Motsart Effektindən faydalanmağınız üçün lazım olan məlumatları çox aydın bir dildə və misallarla verir. Motsart 3 yaşında pianoda ifa etməyə başlayan və 7 yaşında aristokratiyaya ilk əsərlərini dinləyən qeyri-adi bir musiqiçidir. 250 ildir ki, Motsart təkcə böyüklərə deyil, uşaqlara, körpələrə, heyvanlara, bitkilərə, çiçəklərə də həyat verir.

Mənbə: lodoshaber.com 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et