Tərkibindəki müxtəlif antioksidantlarla xərçəng əleyhinədir və orqanizmin bir çox xəstəliklərdən qorunma qabiliyyətini artırır.

Tərkibindəki C vitamini sayəsində immuniteti artırmağa kömək edir. O, digər meyvələr arasında ən yüksək askorbin turşusuna (vitamin C) malikdir və bir xurma bu faydalı qidaya olan gündəlik tələbatın təxminən 80%-nə malikdir.
Yaxşı bir lif mənbəyi olduğu üçün həzmə kömək edir. Əksər meyvələr kimi, xurma da bir porsiyada gündəlik lif ehtiyacımızın təxminən 20%-ni ehtiva edir.
O, müxtəlif vitaminlərlə, xüsusilə A vitamini, beta-karoten, lutein, likopen və kriptotoksinlə zəngindir. Bu vitaminlər oksidləşdirici stressi azaltmaq və qırışlar, yaş ləkələri, Alzheimer xəstəliyi, yorğunluq, görmə itkisi, əzələ zəifliyi kimi erkən yaşlanma əlamətlərinin qarşısını almaq üçün bədəndə antioksidant kimi fəaliyyət göstərir.
Xurma qan təzyiqini aşağı salmaqla yanaşı, yeni qırmızı qan hüceyrələrinin yaradılmasında vacib element olan mis mineralını ehtiva edir və həmçinin qan dövranını tənzimləyir.
Adı bölgəyə görə dəyişsə də dadı heç vaxt dəyişməyən cənnət xurmasının faydalarını bilirsinizmi?
1 ədəd orta ölçülü xurma 118 kalori ehtiva edir və bədəni piylənməyə səbəb olan lipid qəbulundan qoruyaraq arıqlamağa kömək edir.
Mənbə: Npistanbul
Tərcümə etdi: Nailə Hadizadə
