Bu gün:

Azəri deməliyik, yoxsa azərbaycanlı?



Azəri nə deməkdir? Azəri türkdür?

Azəri Azərbaycan xalqına verilən addır. Türk Dil Qurumunun məlumatına görə, azəri Azərbaycan türkü kimi tanınır. Azərilər İranla Qafqaz arasındakı bölgədə yaşayırlar. Onların 30 milyonu İrandadır. Bundan əlavə, Azərbaycanda 10 milyon, Rusiyada 0,6 milyon, Gürcüstanda 0,4 milyon, İraqda isə 300 min ilə 900 min arasında Azərbaycan türkü yaşayır. İranda, ümumiyyətlə, Qərbi və Şərqi Azərbaycan, Zəncan, Ərdəbil, Gilan, Kürdüstan, Mərkəzi, Qəzvin və Həmədan kimi vilayətlərdə yaşayırlar. Türkiyədə Qars, Van, İğdır, Ərzurum və Ağrı vilayətlərində yaşayırlar. Mənşə baxımından azərilər türk soyundandır. Azəriləri təşkil edən icmalar bunlardır: Əfşarlar, Qarapapaqlar, Şahsevənlər və Ayrumlar.

Azəri türklərinin ana dili azəri dilidir. Bu dil türk dilləri ailəsinin oğuz qrupuna aiddir. Türk dili ilə Türkiyə arasında vurğu, qrammatika və səs baxımından cüzi fərqlər var. Bununla belə, hər iki dil bir-birini asanlıqla başa düşə bilər. Azərbaycan türkləri ana dillərindən başqa rus və fars dillərində ümumiyyətlə rahat danışa bilirlər. Azəri türkləri Avrasiyalılar kimi də tanınır. Şimali azərilər Qafqaz və Şərqi Avropa, cənubi azərilər isə türk-İran və farsların təsiri altında idi. Bu mədəniyyətlərin təsiri ədəbiyyat, incəsənət və kino kimi müxtəlif sahələrdə öz əksini tapır.

Əsasən azəri türkləri İslamın şiəlik məzhəbinə etiqad edirlər. Sünni, zərdüşti, xristian və bəhai azlıqları da var. Əslində,  İslamdan əvvəlki inanclardan biri olan animist inanc bəzi bölgələrdə hələ də davam edir.

Azəri deyəcəyik, yoxsa azərbaycanlı?

Sözlər və anlayışlar həmişə vacibdir. Bəziləri üçün "çox sadə" görünən bir məsələ qarşıdakı insan üçün "böyük əhəmiyyət" ola bilər. Bu səbəblə ona hörmət edilməli və qarşı tərəfin anladığı kimi izah edilməlidir. Çünki insanın bildikləri ancaq digər insanın anladığı qədərdir!

Azərbaycanlılara onların “azəri” adlandırılması xoş gəlmir. Onlar bu “sifət”i Rusiyanın assimilyasiya siyasəti kimi qəbul edirlər. Yəni rus siyasəti “türk olmağı unut, azərisən” deyərək başqa millətin imicini verməyə çalışıb. Onlar özlərini “Azərbaycan türkü”, yaxud “azərbaycanlı” adlandırmağın daha doğru olduğunu bildirirlər.

Mənbə: Onedio, Yeni Akit Gazetesi

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et