Bu gün:

Kartof çipslərini kim icad etdi?


Çipslər dörd əsr əvvəl ABŞ-da icad edilmişdir və bu gün dünyanın ondan çox ölkəsi bu qəlyanaltını ixrac edir. İstehsalçılar kapuçino, xiyar, quzu və darçın rulonlu ləzzətli çipslər təklif edərək, ləzzətlərlə oynamaqdan qorxmurlar.

Çipsin hazırlanması 1853-cü ildə ABŞ-ın Nyu-York ştatının Saratoqa-Sprinqs şəhərində restoran aşpazının əli ilə baş verib.

Hindistan köklü qaradərili amerikalı Corc Krum tələbkar müştəri üçün nazik dilim kartof qızardıb. Həmin müştəri gəmiçilik maqnatı Kornelius Vanderbilt idi. Varlı adamı kartof tikələrinin qalınlığı onu heç qane etmədi və yeməyi bir neçə dəfə geri qaytardı. Nəhayət, Corc Krum kartofu kağız kimi nazik dilimlərə kəsdi və Vanderbiltə təqdim etdi. Maqnat, gözləntilərin əksinə olaraq, yeməyi yüksək qiymətləndirdi və daha sonra Crum öz restoranını açdı.

İxtiranın populyarlığı zaman məsələsi oldu. Tezliklə iş adamları kartof dilimlərini kağız torbalara yığdılar və çipslər “fast food”  yeməyi kimi yeyilirdi. 

Mənbə:sfera.fm

Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et