Bu gün:

“Aktyorlar həyatda “oynamağı” bacarmırlar”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi Bakı Uşaq və Gənclər teatrının aktyoru, aparıcı Mehman Piriyevdir. O, aktyorluq sənətinin üstünlükləri və çətinliklərindən danışıb. 

-Sizcə, aktyorluq sənətinin üstünlükləri və çətinlikləri nələrdir?


Aktyorluq sənətinin üstünlükləri çoxdur. Sonradan aktyor olmaq olmur, insan dünyaya aktyor kimi gəlir. Bunu əbəs yerə demirəm. Məsələn, aktyor bənna ola bilər. Amma digər sahədə olan insanlar aktyor ola bilməzlər. Çünki aktyorluq doğuşdan yaranır, fitrən olur. Daha sonra isə istedadı inkişaf etdirmək artıq aktyordan asılıdır.

Bütün aktyorların arzusudur ki, məşhur olsunlar, onları tanısınlar. Elə böyük sənətkarlarımız, xalqa artistlərimiz var ki, tanınmırlar. Bu, o demək deyil ki, onlar yaxşı aktyor deyillər. Amma hər tanınmış şəxs də aktyor deyil. Məhz aktyorluq sənəti ilə məşğul olub, tanınmaq çox çətindir. Aktyorlar çox həssas olurlar. Bir yarpağın ağacdan düşməyi digər insanlara adi görünə bilər, amma aktyora o tamamilə başqa cür görünür. Çox qəribədir ki, aktyorlar həyatda oynamağı bacarmırlar. Söhbət əsl aktyordan gedir. 

Aktyorluq sənətinin çətinlikləri çoxdur. İlk növbədə, istedad olsa da, bu istedadı üzə çıxartmaq üçün məşqlər bahasına əziyyət çəkməlisən. Aktyorluq sənətinin ən böyük çətinliyi qarşıda olan tamaşaçını inandırmaqdır. 

Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et