
Bəzi yeməklərdə qidaların istifadəsi bir-birindən fərqli ola bilər. Limon bu şəkildə istifadə edildikdə çaya və şorbaya nə qədər faydalıdır?
Limon C vitamini ilə zəngin bir meyvə kimi tanınır. Bir çox xəstəliklərə qarşı qoruyucu təsirə malikdir. C vitamini ilə zəngin olan bu meyvədən çay və şorba qəbul edərkən də geniş istifadə olunur.
Çaya limon əlavə etsək, nə olar?
Çaya limonun əlavə olunması dəmirin orqanizm tərəfindən daha asan sorulmasına şərait yaradır. Bu vəziyyətdə limonun faydalı təsirlərini görmüş oluruq. Vitamin C dəmirin udulmasını sürətləndirə bilər.
Çay və limon qarışığının sağlamlığa müxtəlif faydaları olduğu bilinir. Çaya limon əlavə etdikdə bunları görməyə başlayırıq. Əvvəlcə, çəkiyə nəzarətdən başlayaq.
Çaya limon əlavə etmək arıqlamağa kömək edən amildir. Limonlu çay bədəndən artıq mayenin çıxarılmasına kömək edir. Xüsusilə çəki nəzarətində problem yaşayan insanlar limonlu çay sayəsində immun sistemini gücləndirərkən arıqlaya bilərlər.
Pəhrizdə olarkən adi çay əvəzinə limonlu çay qəbul etmək həmişə daha məhsuldar nəticələr əldə etməyə kömək edir. Limonlu çayın iştahı normal çaydan daha çox yatırdığı bildirilir. Eyni zamanda maddələr mübadiləsi sürətlənir.
Şorbaya limon əlavə etsək, nə olar?
Şorbaya limon əlavə etmək bir çox insan üçün dad artıran seçimdir. Bundan əlavə, limonun tərkibindəki C vitamini sayəsində şorbaya bəzi qida dəyərləri əlavə olunur. Xüsusilə toyuq, mərci və ya pomidor şorbası üçün istifadə edilir.
Şorbaya limon əlavə etmək bir çox insanın gənc yaşlarından qazandığı vərdişdir. Limonun tərkibində olan C vitamini immunitet sistemini gücləndirir və dəmirin qəbulunu sürətləndirir. Limon suyu və ya sirkə şorbanın həzmini asanlaşdırır.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
