Bu gün:

Plastik və estetik cərrahiyyənin inkişafı


Bəşəriyyət əsrlər boyu gözəllik anlayışını müxtəlif rakurslardan tənqid etmişdir. Bir çox filosof və mütəfəkkirlərin əsas məqamı gözəlliyin dərk edilməsi olmuşdur. Tarixdə gözəllik qavrayışı ilk dəfə yunan fəlsəfəsində formalaşmağa başladı. Ellinizmdən əvvəlki filosoflardan olan Pifaqor əsərlərində gözəllik qavrayışını formalaşdıran mühüm adlardan biridir. 

Estetik gözəlliyin müəyyən nisbətlərə malik olduğunu ifadə edən Pifaqorun plastik və estetik cərrahiyyə ideyasının əsasını təşkil etdiyini söyləmək olar. O, gözəlliyi dərk etməsində qızıl nisbətin vacib olduğunu, "Gözəl olan ahəngdir" deyərək, insanın xarici görünüşündəki ahəng və nisbətin gözəlliyi qiymətləndirə biləcəyini izah etdi. Ellinizm dövrünün filosoflarından olan Heraklit əksliklərin harmoniyasının gözəllik yaratdığını müdafiə edirdi. Empedokl gözəllik anlayışının sevgi ilə uyğunlaşdığını əsas gətirərək hadisəni fərqli prizmadan dəyərləndirib. Nəhayət, Sokrat səhnəyə çıxdı və əsl gözəlliyin daxildən gəldiyini və ruhun gözəlliyinin insanın zahiri görünüşündə əks olunacağını müdafiə etdi.

Tarix boyu dini, elmi və fəlsəfi rakurslardan araşdırılan gözəllik qavrayışı zamanla dəyişərək plastik və estetik cərrahiyyənin inkişafına istiqamət verib. Əsasən, bütün səlahiyyətlilərin qəbul etdiyi şey, xarici görünüşü qiymətləndirən gözəllik qavrayışının riyazi nisbətlərlə başa düşülməsidir. Plastik və estetik cərrahiyyə şöbəsi bu mövzuda elmi-tədqiqat işlərinin aparılması ilə formalaşmış bir şöbədir.

Plastik və estetik cərrahiyyənin tarixi inkişafı insanların bir növ kimi təkamülünü və inkişafını da əhatə edir. İnsan quruluşunun anatomik cəhətdən mükəmməl harmoniya və mütənasiblikdən ibarət olması alimləri və filosofları onu tədqiq etməyə vadar etmişdir.

Tibbi plastik və estetik cərrahiyyə təcrübəsi və üsulları Hindistanda ortaya çıxdı. B.C. Susruta Samhitanın 5-ci əsrdə yazdığı əsərdə Hindistandakı məbədlərdə edilən plastik cərrahiyyə təcrübələrindən bəhs edilir. Bu təlimlər və üsullar zamanla Misirə, Avropaya, Yunanıstana, İtaliyaya və nəhayət Asiyaya yayıldı.

Plastik və estetik cərrahiyyənin inkişafı dini qurumların təzyiqi və mövhumatların təsiri ilə müəyyən zaman kəsiyində inkişaf edə bilmədi. Müasir dövrün başlanğıcı ilə insanların fikirlərini sərbəst ifadə edə bilmələri plastik və estetik cərrahiyyə şöbəsinə tələbatın artmasına və bu şöbənin inkişafı üçün araşdırmalara səbəb olmuşdur.

Plastik və estetik cərrahiyyənin hazırkı vəziyyəti kifayət qədər yaxşıdır. Bu sahədə aparılan araşdırmalar işığında bir çox insan müxtəlif səbəblərdən nisbət pozğunluqlarını və ya toxuma itkilərini düzəldə bilmişdir. Şəxsiyyətin sosial-psixoloji inkişafına da kömək edən plastik və estetik cərrahiyyə, xüsusilə ağır müalicə tələb edən xəstəliklərdən sonra əzalarını itirmiş insanlara tətbiq etdiyi əməliyyatlar və texnikalar sayəsində mühüm tibb elmlərindən birinə çevrilmişdir.

Mənbə: fatihotkem.com

Tərcümə edən: Gülay Qəribova

Paylaş
Şərh əlavə et