Bütün dünya hər gün oxşar qətl xəbərlərinə oyanır. "Niyə insanlar qatil olurlar? İnsanların qatil olmasının qarşısını almaq olarmı?" Suallar əvəzinə cəzaların artırılması, yetərli deyilsə, deməli müzakirələr lazımdır. Hər şeydən əvvəl, bir zorakılığın digər zorakılıqla aradan qaldırıla bilməyəcəyi faktı xatırlanmalıdır. Ölüm hökmünün olub-olmamasından, ləğv edilib-edilməməsindən və ya hələ də harada tətbiq olunduğundan asılı olmayaraq, qətllər və zorlamalar davam etdiyi üçün indi başa düşmək lazımdır ki, hər bir halda “ölüm cəzası” deyə qışqırmağın mənası yoxdur. Ölüm hökmünün çıxarılmasını tələb etmək: Bu, məhkum edilmiş vəhşiliyi qanuni şəkildə törətməyə çağırışdır və bu cəzanın dönməz, bağışlanmaz və qeyri-insani bir cəza olduğunu unutmadan, xüsusən də əvvəllər günahsız insanların asıldığı bir dünyada bu tələyə düşməmək vacibdir. Bu mərhələdə hər kəs içindəki qatilə dur deməyi öyrənməlidir.
Kim qatil olur?
Bir çox insanlar zorakılığa və qətlə qarşı olduqlarını desələr də, elə vaxtlar olur ki, içindəki pisliyin xaricə əks olunmasının qarşısını ala bilmirlər. Fərdlərə və ya cəmiyyətlərə qəsdən zərər vurmaq bu əksin ən mühüm görüntüsüdür. Haqlı hesab etdiyi və ölməyə layiq olduğunu düşündüyü insanları istəmək, öldürmək və ya ölümünü təşviq etmək qətl adlandırılmayan, mahiyyətcə qətl olan hərəkətlərdir. Müharibələr bu tərifdən xaric edilsə də, müharibə zamanı belə, ondan başqa səbəblərlə insanları öldürənlərə qatil deyilir.
Maraqlıdır, bir insan necə bilərəkdən, istəməyərək başqa bir adamı öldürüb qatil ola bilir? Bütün qatilləri xəstə hesab etmək çox vaxt cəmiyyəti arxayınlaşdırsa da, bu həm yanlış, həm də xəstələrə qarşı haqsızlıqdır. Lakin qatillərin psixiatrik xəstə olmaması onların psixologiyasının araşdırıla bilməyəcəyi anlamına gəlmir. Bir insanın başqa birini öldürməsi üçün qarşıdakı şəxsi insan görməməli və öz daxilində qəbul edə bilmədiyi bütün mənfilikləri ona aid etməlidir. Bunun ən gözəl nümunəsi normal olan, ailəsi olan, normal həyat sürən insanların qatil ola, hətta kütləvi qətllər törədə bilməsidir.
Hər kəsin daxilində antisosial impulslar var. Başqalarından istifadə etmək, özümüzə aid olmayan şeyləri almağa çalışmaq, başqalarına pislik arzulamaq ən azından hər kəsin ağlından keçir. Ancaq bəzi insanlar bu antisosial impulsları həddindən artıq dərəcədə daşıyır və xarici davranışlarla göstərirlər. Hər psixopat qatil olmur, amma başqalarına zərər verir. Dr. Otto F. Kernberg, psixopatların ümumiyyətlə narsisistik şəxsiyyət pozğunluğundan əziyyət çəkdiyini irəli sürüb. O bunu belə izah edir: “Onlar yalnız öz mənfəətləri üçün əlaqələr qurur və əxlaqi qaydalara dəyər vermirlər. Narsisizmi bir insanın yüksək özünə hörməti və özünəməxsusluğuna inamı, patoloji olub-olmaması kimi təyin etmək olar. Psixopatlarda bu həddindən artıqdır; pis niyyətlə canlı şərə çevrilir”
Araşdırmalar göstərir ki, ağır antisosial davranışlar kişilərdə daha çox olur. Bununla bağlı bəzi məlumatlar əldə edilib. Tapıntıların bəzilərinə uşaqlığın ilk beş ilində ananın məhrumiyyəti, qeyri-adekvat sosiallaşma və evdə olmayan və ya mövcud olan spirtli, antisosyal ata daxildir. Antisosyal valideynlərin ən böyük risklərdən biri olduğu təsbit edilib, lakin təhsilin bu riski azalda biləcəyi də göstərilib. Qatillər üzərində aparılan retrospektiv tədqiqatlar göstərmişdir ki, müalicə olunmamış, diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu, erkən başlanğıc davranış pozğunluğu və yüngül nevroloji çatışmazlıqlar səbəb ola bilər.
Paylaşılanlardan başqa, bir insanı qatil edən səbəbləri araşdıran bir çox fərqli tədqiqatlar var. Bu araşdırmaların heç biri edam qorxusunun insanları qatil olmaqdan çəkindirdiyini göstərmir. Amma riskli olanları əvvəlcədən müəyyən edə bilmək və tədbir görmək insanları müəyyən qədər qoruya bilər. Bunlara nail olmaq üçün ilk növbədə niyyət, sosial-mədəni yanaşmaların qiymətləndirilməsi, siyasi və ictimai iradənin səyi və qətiyyəti tələb olunur. Beləliklə, həll yolu kimi hər kəsdə ayrı-ayrı hadisələr baş verəndə ortaya çıxan antisosial impulsları öldürüb susdurmaq üçün qatillərin öldürülməsini istəməkdən daha doğru və real rəftarlar axtarmalıyıq.
Mənbə: bengisemerci
Tərcümə edən: Gülay Qəribova