Bu gün:

Mətbəx sirləri


1. "Süd qaynadacaqsansa, əvvəlcə həmin qazanda bir az su qaynat, sonra suyu kənara tök, suyu qaynatdığın qazanda süd qaynat. Südün qazanın dibinə yapışmasının qarşısını alır".

2."Yemək hazırlayarkən yanınızda zibil torbası saxlayın. Soğan qabıqları, soyduğunuz tərəvəzlərin qabıqlarını və başqa nə tullantılarınız varsa, onu asanlıqla həmin zibil torbasına atın. "Mətbəx yemək bişirildikdən sonra təmiz qalır və zibil piştaxtanı örtmür". 

3. "Zəncəfili dondurun. Beləcə istifadə etmədiyiniz zəncəfil təzə qalacaq və dondurulduqda daha asan rəndələnəcək".

4."Kökü kəsmək üçün tərəvəz soyan alətdən istifadə edin. Onları soyun, uzun və nazik dilimlər halına gətirin. Bu şəkildə tavada daha yaxşı bişirilir və salatlarda çox gözəl görünürlər". 

5."Bu, tam olaraq "hiylə" deyil, ancaq tərəvəzlərinizin qabığından tərəvəz suyu hazırlaya biləcəyinizi bilirdinizmi?"

6.“Kərə yağını vaxtında soyuducudan çıxarmamısınızsa, isti su ilə dolu bir qabın altında saxlayın”.

7.“Kəsmə taxtasından istifadə edərkən sürüşməməsi üçün altına yaş dəsmal qoyun”.

8. "Diş sarımsaqları bıçağın kənarı ilə sıxın. Qapıq genişlənəcək və daha tez çıxacaq."

9. “Holland pendirini sürtgəcdən keçirməzdən əvvəl dondursanız, dağınıq kəsilmənin qarşısını almış və işi asanlaşdırmış olarsınız”.

10. “Bolqar bibərinin içərisində heç bir toxum qalmadan doğramaq istəyirsinizsə: Əvvəlcə gövdəsini kəsin, fırladın gövdələrini çıxardığınız zaman bolqar bibərinin toxumlarını çıxarın”.

11. “Mikrodalğalı sobanı təmizləyərkən bir dilim limonu bir qab suya qoyun və su qaynayana qədər təxminən iki dəqiqə qızdırın. Sonra orada bir neçə dəqiqə saxlayın və buxara sehrini etmək üçün vaxt verin. Limon həm təmizlənməyə kömək edir, həm də təmizləndikdən sonra gözəl qoxu yaradır". 

Mənbə: Onedio 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et