Bu gün:

Kolbasanın üzərindəki qabığı necə asanlıqla soymaq olar?


Siz kolbasaların üzərində qabıq olduğunu görmüsünüz. Bəzən bu, heyvan bağırsağından, bəzən başqa bir materialdan hazırlana bilər. Bununla belə, bu yeyilə bilinməz və qabığını soymaq lazımdır. Heç kim sərt kolbasa qabığını yemək istəməz. Ancaq kolbasının nazik xarici qabığını soymaq çətin ola bilər. 

Əgər sizinki kifayət qədər nazikdirsə, bıçaqla dayaz bir kəsik ata və qabığını qıra bilərsiniz. Kolbasanın bir ucuna bir az qaynar su tökün. Xüsusilə bütün Kolbasanı birdən istifadə etmirsinizsə faydalıdır, çünki sizə lazım olan tikəni kəsdikdən sonra qalanını yuvarlayıb, qalan kolbasanızı örtmək üçün istifadə edə bilərsiniz.

Qabığı soymaq üçün kolbasanızı qızdırın və ya dondurun

Barmaqlarınız yana bilər deyə qaynar su tökmək fikri sizi bir az əsəbiləşdirirsə və ya kolbasanızı bişirməyə başlamısınızsa və qabığını çıxarmağı unutmusunuzsa, onu istiliyə məruz qoymağın başqa bir yolu var. Üç dəqiqədən çox olmayan bir qazan qaynar suya batıraraq sadəcə kolbasa tikələrini qaynadın. Onları çıxardıqdan sonra kolbasaların bişməyə davam etməsinin qarşısını almaq üçün onları soyuq suyun altında keçirin, qurudun və sonra qabıqlarını soyun. Lazım gələrsə, bıçaqla bir ucuna kiçik bir kəsik ata bilərsiniz.

Əgər həqiqətən kolbasanızın formasını saxladığından əmin olmaq istəyirsinizsə, isti su üsullarından birini sınamazdan əvvəl bütün kolbasanı dondura bilərsiniz. Dondurulmuş ucunu isti suya məruz qoysanız, kolbasa öz formasını saxlayacaq və qabığı asanlıqla soyulacaq və sizə təmiz kəsilmiş kolbasa qalacaq.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et