
İlk dəfə 1960-cı ildə Deyl Qrin və dostları tərəfindən kəşf edilən mağara hazırda Utah Məktəbi və Güvən Torpaqları İdarəsinə məxsusdur və Utah Timpanogos Grotto tərəfindən idarə olunur.
Mağara sistemi onun bir çox keçidlərində tapılan yumşaq, qəhvəyi, gilin çubuq kimi toxumasına görə adlandırıldı. Green əvvəlcə, onu " Silly Putty " adlandırmağı düşünürdü, lakin sonradan "Nutty Putty"nin daha yaxşı səsləndiyinə qərar verdi. Giləbənzər tekstura qumda çox rast gəlinən silikon dioksiddən ibarətdir. Mağara yuxarıya doğru qızdırılan su ilə əhəngdaşı əmələ gətirdiyi üçün kompleks strukturu bir çox əlavə minerallar təşkil edir. O, 1400 fut (430 m) kanal və tuneldən ibarətdir və bağlanmazdan əvvəl dar bir səth dəliyi ilə daxil olmaq mümkün idi.
Mənbə: Wikipedia
Tərcümə etdi: Nəzri Süleymanova
