Bu gün:

Tıxacların həllində tramvay və trolleybusun bərpası necə rol oynaya bilər?


24media.az-ın "1sual, 1 cavab" rubrikasının budəfəki müsahibi nəqliyyat eksperti Rauf Ağamirzəyevdir. Ekspert tramvay və trolleybusun bərpasının tıxacın həllində necə rol oynayacağı haqda danışıb.


-Tıxacların həllində tramvay və trolleybusun bərpası necə rol oynaya bilər?

Ümumi böyük şəhərlərdə meqapolislərdə tıxac müşahidə olunan haldır. Tıxacın alternativi çeşidli ictimai nəqliyyatın və uyğun biletin olmasıdır. Bu təşkil olunduğu halda insanlarda bir yerdən başqa yerə səfər etmək üçün çeşid olur, həmçinin vaxtlarının səmərəli istifadəsi yönündə həllər təklif olunur. Təəssüflər olsun ki, Bakı şəhərində səfərlər qeyri-bərabər formalaşıb. Əsas yük, ilk növbədə, avtobusun üzərinə düşür. İkinci növbədə, məhdud şəbəkə metrodur. Üçüncü olaraq bu yük şəhərətrafı elektrik qatarının üzərinə düşür ki, o da hazırda potensialından məhdud sayda sərnişin daşıyır. Haazırda 30 min elektrik qatarı, 700 minə qədər metro və 1 milyon 600 səfər bizdə avtobusla icra olunur. Bunların fonunda ilkin olaraq, avtobus zolaqları və velo zolaqlar mikromobillik vasitələri üçün şəraitin yaradılması qismən səfərləri formalaşdıracaq və çeşidi daha tez həll olunan ilkin çeşidi formalaşdıracaq. 2-ci mərhələ olaraq düşünürəm ki, ekoloji cəhətdən təmiz olan yüngül resli tramvayın Bakı şəhərinə qaytarılması mütləqdir. Çünki dəhlizlər formasında şəhərin mərkəzindən şəhərin kənar nöqtələrinə məsafə daha çoxdur və bu təhlillər əsasında müəyyən oluna bilər. İndiki halda daha rahat şəkildə bunu həll etmək olar. Çünki demək olar ki, Bakı şəhərində bir neçə illərdir ki, ödəniş əgər kartladırsa, bunun datasını artıq həmin bakı kartın datasından da götürmək olar, taksi şirkətlərindən səfər datasından da götürmək olar ki, səfərlər daha çox haradır. Rəsmi elan olunmuş nəqliyyat naziri cənab Rəşad Nəbiyevin müsahibəsində də qeyd olunmuşdu ki, taksi səfərlərinin 1-3 km məsafədə sifarişlərin 30-40%-i təşkil edir. Gün ərzində taksilər 25 səfər icra edirsə, bunun şəhər yollarında fəsadın görməkdəyik. Bu da şəhər yollarının tıxanmasına, sıxlığa gətirib çıxarır. Bunun üçün də ilkin alternativlər formalaşdırılır. Düşünürəm ki, nə qədər də birmənalı fikir olmasa da, biz Bakıya tramvay qaytarılnalıdır. Gələn ilin fevralında Bakı tramvayının 100 illiyidir və bu 100 illiyə biz 20 ildir ki, tramvaysız düşürük.


Cavidan Hüseynli

Paylaş
Şərh əlavə et