Bu gün:

Şam ağacı bəzədilməsi ənənəsi


Yeni ilin simvollarından birinə çevrilən yeni il ağacına yolka deyilir. Parıldaması və fərqli yolka bəzəkləri ilə şam ağacının görünüşü göz qamaşdırır və tamam başqa görkəmə çatır. 

Ağacların bəzədilməsi misirlilərdən və romalılardan qalma bütpərəstlik rituallarından gələn bir ənənədir. Xristian inancından qaynaqlanan və ənənə halını alan yolka bəzəmək bir çox ölkədə rəngarəng olur.Orta əsr Almaniyası Milad ağacı ənənəsinin təşəbbüskarı hesab olunur. Ağaclar dekabrın 24-də evlərə daxil olur. Qırmızı alma və şamlarla bəzədilir. Beləliklə, ağacların sayəsində hər evdə miniatür “Adəm bağları” yaradılır. 'Cənnət ağacları' evlərə girir və  ailələrə ümid bəxş edir.Ağacın budaqları və kolları ölümsüzlük rəmzi olaraq görülür və İsanın çarmıxda taxdığı tikan tacını simvolizə edir.Kənarlarında asılmış zənglər ağac budaqları bu günün sevincini və xoşbəxtliyini ifadə edir.Yolkaların ən məşhur dekorativ obyekti olan qızıl ulduz məhz bu səbəbdən ağacların başında yerləşdirilir. Onun işığını və gücünü günəş kimi yayaraq yol göstərə biləcəyi düşünülür.

Mənbə: Haberturk.com

Tərcümə etdi: Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et