
İlk dəfə 1929-cu ildə Los-Angelesdə Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təqdim edilən Oskar Mükafatları dünyada tanınan ən qədim kino mükafatıdır.
Aktyor və kino işçilərindən ibarət 6000 üzvü olan Kino Sənəti və Elmləri Akademiyasının təsis məqsədi kino sənətinin inkişafına töhfə verməkdir.
1927-ci ilin may ayında kino dünyasının məşhur adlarından ibarət 36 nəfərlik qrupla işə başlayan təşkilatın ilk prezidenti Duqlas Fairbanks olub. 2009-cu ildən Akademiyanın prezidenti Tom Şerakdır.
Oskar heykəli orta əsr cəngavərinin əlində qılıncla dayanmış, film çarxının üstündə, boyu 34,3 sm, çəkisi 3,6 kq olmaqla dizayn edilib.
Əvvəlcə bürüncdən hazırlanan heykəl 1930-cu illərin ortalarından etibarən mis, gümüş nikel və 24 karatlıq qızıl üzlüklə Britaniya metalı üzərində istehsal olunmağa başladı.
Oskar heykəlinin bədii tərtibatı MGM studiyalarının baş bədii rəhbəri Sedrik Qibbonsa məxsusdur. 1920-ci illərin Fransadan gələn Art Deco hərəkatından ilhamlanıb.
Heykəlin rəsmi və ilkin adı “Academy Achievement Award”dır. Ancaq 1934-cü ildən bəri hamı mükafatı Oskar adlandırır. Buna səbəb akademiyanın kitabxanaçısı Marqaret Herrikin heykəli ilk dəfə görəndə onun əmisi Oskara oxşadığını deməsidir. O zaman Herrikin yanında olan jurnalist bunu eşitdi və "Oskar" ağızdan-ağıza keçdi.
Hollivud yazıçısı Sidney Skolski 1934-cü ildə təşkil edilən VI Oskar Mükafatlarında “Ən Yaxşı Aktrisa” Mükafatını qazanan Katharine Hepburn haqqında yazdığı məqalədə mükafata "Oskar əmi" deyə müraciət edib və 1939-cu ildə isə mükafatın adı "Oskar" olaraq rəsmiləşib.
Mənbə: Habertürk
Tərcümə etdi: Sevil İsmayılova
