Bu gün:

Türkiyədə “Tibb Günü” nə vaxt elan edilib?


Türkiyədə Tibb Günü ilk dəfə 1919-cu ildə, I Dünya Müharibəsinin sonunda, İstanbulun işğalı zamanı tibb tələbələrinin xarici işğal qüvvələrinə reaksiyası olaraq qeyd olundu.

1919-cu ildə tibb fakültəsinin 3-cü kurs tələbəsi Hikmət Boranın rəhbərliyi ilə tibb fakültəsinin tələbələri işğala etiraz etdilər və dövrün məşhur həkimləri buna dəstək verdilər.

1837-ci il martın 14-ü Tibb Günü elan edilməzdən əvvəl Osmanlı təbabəti 15-16-cı əsrlərə qədər İslam təbabətinin təsiri altında qaldı. Bu arada Qərbdə 14-cü əsrdə İtaliyada başlayan İntibah 15-16-cı əsrlərdə bütün Avropaya yayıldı və tibb sahəsində bir çox kəşflər edildi. Osmanlı İmperatorluğunda 17-ci əsrdən etibarən hər sahədə ortaya çıxan tənəzzüllər tibb aləminə də öz təsirini göstərmiş və tibb mədrəsələri artıq həkim yetişdirə bilməmişdir.

19-cu əsrdə tibb təhsilində vəziyyət o qədər də ürəkaçan deyildi. III Səlimin dövründə yeni tibb təhsili verəcək Tibb Mərkəzinin açılması nəzərdə tutulurdu. Anatomiya qadağasından qorxaraq III Səlim buna cəsarət etmədi və yunanlara tibb məktəbi yaratmağa icazə verdi.

O dövrün baş həkimi Mustafa Behçet Əfəndi Tibb Mərkəzinin qurulması üçün səy göstərmiş. O bu məqsədinə 1827-ci ildə, II Mahmudun dövründə nail olmuşdur.


Mənbə: Saglık.gov.tr

Tərcümə etdi: Sevil İsmayılova




Paylaş
Şərh əlavə et