Bu gün:

Nanə sirkəsi necə hazırlanır?


 İyul və avqust aylarında çiçək açan nanə, xoş qoxusu ilə qidadan sağlamlığa, kosmetikadan mətbəxə qədər bir çox fərqli sahədə istifadə edilə bilər. Nanədən əldə edilən nanə sirkəsi geniş istifadə sahəsinə malik sirkə növüdür. Dadlandırıcı olaraq yeməklərə əlavə oluna bilən bu qida düzgün şəraitdə saxlanılmalıdır.


Nanə sirkəsi necə hazırlanır?

Nanə yarpaqları qaynadılır və alma sirkəsinə əlavə edilir. Bağlı bankada müəyyən müddətə saxlanılır. Sirkənin saxlanma müddəti 3 həftədir. Bu müddətin sonunda nanə sirkəniz istədiyiniz sahədə istifadəyə hazır olacaq.

Nanə sirkəsindən necə istifadə edilir?

Nanə sirkəsi salatlarda sous kimi istifadə olunur. Toyuq və qırmızı ətin marinad edilməsi üçün istifadə olunur. Həzmi yüngülləşdirmək üçün bir litr su və bir xörək qaşığı nanə sirkəsi qarışdırılaraq istifadə edilə bilər. Dərinin qurumasının qarşısını almaq üçün müalicə vasitəsi kimk nanə sirkəsini qaynadılmış nanə yarpaqları ilə dəriyə çəkmək olar. Ancaq həssas dəri tipləri üçün istifadəsi tövsiyə edilmir. Xoş qoxusu ilə şorba, limonad və meyvə şirələrinə də əlavə etmək olar.

Nanə sirkəsini necə saxlamaq olar?

Nanə sirkəsi sərin, qaranlıq bir mühitdə möhürlənmiş bankalarda saxlanıla bilər. 

Nanə sirkəsində nə qədər kalori var?

100 qram nanə sirkəsi təxminən 70 kalori ehtiva edir. Tərkibində kalium və natrium da yüksəkdir .

Nanə sirkəsi zərərlidirmi?


Nanə sirkəsi faydalı məhsul olsa da, tərkibindəki mineralların həddindən artıq qəbul edilməsi allergik reaksiyalara səbəb ola bilər. Turşu quruluşuna görə xora, reflü və qastrit kimi mədə xəstəlikləri olan insanlar üçün tövsiyə edilmir. Xroniki xəstəlikləri olan insanların istifadə etməzdən əvvəl həkimə müraciət etmələri tövsiyə olunur.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et