Bu gün:

Nar təmizləmə üsulu


Nar dünyanın sağlamlıq üçün ən faydalı meyvələri arasındadır. Tərkibində orqanizmimiz üçün faydalı olan çoxlu birləşmələr var. Nar içərisində xırda dənələri olan bir meyvədir. Kiçik toxumlar və şirəli nar dənələri sərt zərbələr ilə parçalana bilər. Nar soyarkən dənələr ətrafa sıçraya bilər və nar ləkələrini çıxarmaq asan deyil. Bunun üçün də narı necə təmizləyə biləcəyinizdən danışacağıq. 


Narı necə təmizləmək olar?

Narın üst hissəsini kəsin və müntəzəm olaraq kənarlarında dayaz cızıqlar atın. Barmaqlarınızla incə toxunuşlarla içini açın və dənələri çıxarın. İkinci üsul isə narın üst hissəsini eyni şəkildə kəsməkdir. Yan tərəfdən kəsiklər edilir və alt tərəfdən açılır. Suda tərs çevrilir və taxta qaşıqla altından vurulur. Bu şəkildə nar dənələri suya töküləcək. Tökəndə sıçramayacaq və narlar zədələnməyəcək. Bundan əlavə, düşmüş nar pərdələri suyun səthində qaldığından asanlıqla çıxarıla bilər.


Nar hansı yeməklərdə istifadə olunur?

Soyulmuş narları soyuducu torbalarda porsiya ölçülərinə bölə bilərsiniz. Bölünmüş narları soyuducuda saxlaya və istifadə etməzdən əvvəl əriməsini gözləyə bilərsiniz. Narı adi halda və ya salatlarınızın üzərinə əlavə edərək yeyə bilərsiniz. Nar xüsusilə salatlarınıza çox yaraşacaq. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et