Bu gün:

Balqabaq desertini hazırlamaq üçün 6 ipucu


Balqabaq payız və qışın ən məşhur meyvələrindəndir. Bəzən şorbada, bəzən də desertdə istifadə edilən balqabaq qozla birləşdirildikdə mükəmməl bir dad əldə edir. Xüsusilə də balqabaqlı desert qış aylarında bol yeyilən və yeni il süfrələrinə rəng qatan desertlərdəndir. Ancaq balqabaq desertini hazırlayarkən edilən bəzi səhvlər dadın korlanmasına, şəkərin az olmasına və ya balqabağın bərk qalmasına səbəb ola bilər. Məhz buna görə də yazımızda balqabaqlı desert hazırlayarkən bilməli olduğunuz tövsiyələri topladıq:

1. Balqabaq seçimi

Balqabaq desertinin ilk addımı balqabağı seçməklə başlayır. Şirniyyatların hazırlanması üçün şəkəri yüksək və daha sərt olan balqabaqlara üstünlük verilməlidir. Aldığınız balqabağın qabığı soyulmayıbsa, çörək bıçağının köməyi ilə yarıya bölün. İçindəki toxumları çıxarın. İstəyirsinizsə, bu toxumları qurudub yeyə bilərsiniz.

2. Balqabaqları dilimləmək

Balqabağı iti bıçaqla dilimlərə kəsin və diqqətlə qabığını soyun. Bişirmə müddətini azaltmaq üçün balqabağı kublara bölməyə çalışın. Balqabaq nə qədər böyükdürsə, bişirmə vaxtı da bir o qədər uzun olacaq. 

3. Şəkərdə islatmaq

Balqabaq desertini hazırlamağın ən məşhur üsulu, balqabağı bir qazana qoyub, üzərinə şəkər səpib bir gecə saxlamaqdır. Beləliklə, balqabaq daha asan bişirilir və onlar dadlanır. Şəkərdə gözləyən balqabaqları ocağın üzərinə qoyun və 15 dəqiqə aşağı istilikdə bişirin. Sonra su əlavə edib yüksək odda istədiyiniz yumşaqlığa çatana qədər bişirmək lazımdır. Şəkərdə isladılmış balqabağın bişirmə müddəti daha qısadır. Ona görə də onu nəzarətli şəkildə bişirmək lazımdır. Bəhməzi bişməyə yaxın əlavə etsəniz, həm rəngi, həm də dadı daha yaxşı olar. Qazandan bişmiş balqabaqlı deserti qaba düzüb dincələ bilərsiniz.

4. Şəkərsiz bişirmək

Şəkərsiz bişirmək üsuluna görə qazana qoyulan balqabaqlar bir az su ilə yumşalana qədər bişirilir. Şəkər 4-5 mərhələdə az-az əlavə edilir və qarışdırılır. Balqabaq deserti 6-7 saat bişirilərkən, qapağı açmayın. Buxar dövrü ilə yavaş-yavaş bişirilir. Ancaq istəsəniz, şəkərə batıraraq bişirməyi də seçə bilərsiniz. 

5. Limon şirəsinin əlavə edilməsi

Balqabaq bişirilərkən hərdən qarışdırmaq lazımdır. Bu şəkildə hər tərəfdən bərabər şəkildə bişirilir. Eyni şəkildə balqabaqlı desertə 5-6 damcı limon suyu əlavə etmək balqabağın rənginin dəyişməsinin qarşısını alır və deserti daha canlı saxlayır.

6. Bişirmək

Balqabaq deserti hazırlayarkən cəhd edə biləcəyiniz başqa bir üsul sobada bişirməkdir. Əgər balqabağı bir gecədən əvvəl şəkərlə islatmamısınızsa, qazanda yüngülcə qaynadın. Sonra balqabağı çörək torbasına qoyun və şəkər əlavə edin. Soba torbasını bağlayın və balqabağı şəkərlə qarışdırın. Balqabağı sobaya qoyun və 1 saat bişirin. Balqabaq desertini hazırladıqdan sonra qoz, bəhməz və ya qaymaqla süfrəyə verə bilərsiniz. Hansı üsulu seçdiyiniz və hansı məmulatlarla bəzəyəcəyiniz tamamilə zövqünüzdən asılıdır. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et