Bu gün:

“İnsanlar panik atak zamanı öləcəklərini düşünürlər”


24media.az-ın "1 sual,1 cavab" rubrikasının budəfəki müsahibi psixoloq Aygün Ağabalayevadır. Psixoloq panik atak haqqında danışıb.

-Sizcə, panik atak nədir və səbəbləri nələrdir?


Panik atak halı son zamanlarda çox geniş yayılıb. Bu hal səbəbli, səbəbsiz də baş verə bilər. Panik atak ani gələn narahatlıq, qorxuyla başlayan həyəcan, təşviş halıdır. İnsanlar panik atak baş verən zaman öləcəklərini düşünürlər. Və bu düşüncə insanları qorxudur. Panik atak səbəb olmadan da baş verə bilər. Bu zaman insanlarda sinə ağrısı, ürək döyüntüsü, döş qəfəsində sıxılma, üşümə, tərləmə, nəfəs darlığı müşahidə edilir. Panik atak zamanı bu hallardan ən azı dördü baş verir. Bu zamanı insanlarda “huşumu itirəcəm” qorxusu yaranır. İnsanın özüylə yanaşı, yaxınları da qorxu keçirdir, təcili tibbi yardım çağırırlar. Təcili tibbi yardım gələndə atak keçirən şəxs özünü güvəndə hiss edir. Düşünür ki,bu vəziyyətdən qurtulacaq. Bu hallar tez-tez baş verərsə, insanlar müayinə edilməlidir. Ancaq bəzən xəstə müalicə olunsa da, yaxşılaşmır. Atak davam etdikcə insan əsəbi olur, yeni atakın baş verməsini gözləyir. Bu hal həyəcanın artmasına gətirib çıxardır.

Panik atakın yaranmasının səbəbi sinirlər arasında olan maddələrin dəyişməsidir. İkinci səbəb isə psixoloji faktordur. İnsanlar yaşadıqca travma, stress keçirdirlər. Panik atakdan qurtulmaq üçün psixo-terapiya, dərman vasitələrindən istifadə olunur. Bu hal hər insanda müşahidə oluna bilər. Ancaq hər kəs eyni reaksiyanı vermir. Və ən əsası isə müalicə zamanı insanların panik ataka qarşı reaksiya, düşüncələrini dəyişdirmək lazımdır. 

Aynur Mikayılova

Paylaş