Bu gün:

Bipolyar pozğunluq nədir?


Manik-depressiv pozğunluq kimi də tanınan bipolyar pozğunluq insanın əhval-ruhiyyəsinə, enerjisinə, konsentrasiyasına və gündəlik fəaliyyətlərini yerinə yetirmək qabiliyyətinə təsir edən psixoloji-psixiatrik xəstəlikdir.

Bipolyar pozğunluq bir insanın bir anda əla hiss etməsinə və bir müddət sonra özünə qapanmasına səbəb ola bilər. Bipolyar pozğunluq bir insanın manik depressiyanın tərifinə uyğun əhval-ruhiyyə yaşamasına səbəb ola bilər. Bu səbəbdən xəstəliyin diaqnozunda psixoloqlar tərəfindən edilən qiymətləndirmə böyük əhəmiyyət kəsb edir.

Bipolyarın ən fərqli xüsusiyyəti insanın əhvalının həddindən artıq olmasıdır. Bipolyar pozğunluq ən yüksək səviyyədə olduqda, insan hiperaktiv olur və özünü çox xoşbəxt hiss edir. Ancaq depressiyaya düşəndə özünü xarici dünyaya bağlaya, hətta intihara meyl göstərə bilər.

Bipolyar pozğunluqda əhval hücumları şiddətli deyilsə, ildə bir neçə dəfə baş verə bilər. Əksər insanlar əhval pozğunluqlarını tanıya bilsələr də, ağır bipolyar pozğunluğu olanlar üçün bu vəziyyəti təkbaşına tanımaq çətindir.

Bipolyar pozğunluq genetik ötürülmə yolu ilə keçə bilər və ya sonradan travma səbəbiylə inkişaf edə bilər. Depressiyadan şikayət edərək həkimə müraciət edən bir çox insan əslində bipolyar pozğunluqdan əziyyət çəkir.

Səbəblər:

Bipolyar pozğunluğun dəqiq səbəbi bilinməsə də, bir insana bipolyar diaqnoz qoyulması üçün birlikdə meydana gələn bir çox faktorun olduğu ifadə edilir. Bu amillər arasında; Bunlara beyindəki kimyəvi balanssızlıqlar, genetik ötürülmə və tetikleyici amillər daxildir.

Mənbə: Acibadem

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et