Bu gün:

Ratatouille nədir? 


Bu, Fransanın Provans bölgəsindəki bölgənin mərkəzi şəhəri olan Marseldən gələn çox yüngül və faydalı bir təamdır.

Marsel bölgənin ən əhəmiyyətli mədəniyyət şəhəri olmaqla yanaşı, kulinariya mədəniyyəti ilə də dünyaca məşhur bir bölgədir. Marseldə təzə tərəvəz və meyvə yemək çox əhəmiyyətli bir yer tutur.  

Ratatouille: Biz onu cizgi filmindəki siçan kimi tanısaq da, fransızca "bulamac" mənasını verir. Ratatouille tamamilə tərəvəzlərdən ibarətdir. Buna görə də vegetarianlar və pəhriz saxlayanlar üçün vazkeçilməz yeməkdir. Onu tək başına əsas yemək və ya garnitür kimi yemək olar. 

Yüngül olduğu üçün ət yeməkləri ilə də servis oluna bilər. 

Ratatouille yeməyi çiy tərəvəzləri qızartmaq, qovurmaq və ya bişirməklə hazırlanır. Hər yeməkdə olduğu kimi, Ratatouillenin hazırlanmasında da incə məqamlar var. Tərəvəzləri çox incə doğrayıb dairəvi tavada domino daşları kimi rəngarəng düzmək buna misal ola bilər. Fransa xalqının kasıb vaxtlarında kəşf edilmiş bir ləzzətdir. Ləzzətinə çox önəm verilən bu yemək hazırki dövrdə də öz əhəmiyyətini qoruyub saxlıyır və Fransanın başlıca restoranlarında xalqa təqdim olunur.


Mənbə: Kısıt ateş
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et