Bu gün:

Ağcaqanad dişləməsi


Ağcaqanadlar qanadlı və uça bilən həşəratlar olduqları üçün insanları dişlədikdə infeksiya yayma ehtimalları olduqca yüksəkdir. Bu səbəblə ağcaqanad dişləməsinə qarşı diqqətli olmaq lazımdır. Bəzi şəxsləri ağcaqanad dişləyəndə keçmək bilməyən izlər qalır. Belə olduqda nə etmək lazımdır?

Ağcaqanad çoxala bilmək üçün başqa canlıların qanına ehtiyac duyur. Xüsusilə arx kənarlarında və kiçik su gölməçələrinin olduğu yerlərdə yaşayan bu canlılar insanları dişlədikləri zaman müxtəlif infeksiya riski yarada bilir.

Ağcaqanad dişləməsi necə keçib gedər?

Adətən ağcaqanad dişləməsinin olduğu yerə parfüm, dezodarant, adekalon və krem sürtürlər. Bu isə ləkənin yaranmasının başlıca səbəbidir. Buna görə həmin maddələrin dişlənmiş yerə vurulmaması məsləhətdir.

Xalq arasında adekolonun mikrob öldürücü təsiri olduğu bilinir. Ancaq mütəxəssislər hesab edir ki, bu, tamamilə səhv fikirdir. Hansısa böcək və ya ağcaqanad dişləməsində həmin yerə odekolon sürtmək infeksiya riskini daha da artırır.

Bunun əvəzinə həmin bölgəyə oksigenli su sürtmək məsləhətdir. Ağcaqanad dişlədiyi yerin sağalması üçün təbii vasitələrdən də istifadə edə bilərsiniz.

Duzlu su

Əvvəlcə dişlənmiş yeri ağ sabunla yaxşıca yuyun və qurulayın. Daha sonra bir parça buzla şişlik olan hissəni basın. Buz əridikdən sonra həmin yeri qurulayın və duzla qarışdırılmış suyu pambığa batırıb sürtün. Bir çay qaşığı suyu eyni miqdarda duz ilə qarışdırın. Bir az gözlədikdən sonra yuya bilərsiniz.

Limon

Dişlənmiş yerə bir neçə damcı limon sıxmaq qaşıntı və izi yox edir.

Aspirin

Dişlənən bölgədə şişkinliyi azaltmaq üçün istifadə edəcəyiniz digər bir vasitə isə aspirini bir çay qaşığı suda əridərək yaranın üzərinə qoymaqdır. Aspirin şişmənin qarşısını alacaq və qaşınmanın azalmasına səbəb olacaq.

Mənbə: dove.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et