Bu gün:

Təbii yolla qurudulan meyvələr daha faydalıdır


Meyvələr təbii və sənaye üsulu ilə qurudulur. Satışda daha çox sənaye üsulu ilə qurudulmuş meyvələrə rast gəlirik. Təəssüf ki, bəzi işbazlar daha cazibəli görünməsi üçün meyvə qurularının üzərinə kimyəvi maddələr vururlar.

Meyvələrın həddindən artıq parlaq və şəffaf görünməsi üçün onlara qida üçün nəzərdə tutulmayan yağlar vurulur. Bəzən rəngini qorumaq üçün qida boyaları adı altında sintetik boyalardan istifadə edirlər. Uzun müddət yararlı olmasını təmin etmək üçün həm qliserin, həm də palma yağından istifadə edildiyi məlumdur. Yağların qoxusunu gizlətmək üçün daha sonra belə meyvə qurularına kimyəvi aromalar qatılır. Kimyəvi maddələr isə həzm prosesini pozur, bağırsaqlarda yığılıb qalaraq bir çox xəstəliklərə səbəb olur.

Meyvə quruları ilə yanaşı, çərəzlərin də açıq şəraitdə satışı və alışı düzgün deyil: “Çünki onların tərkibində uçucu faydalı yağlar var. Onların qabığı qırılıb uzun müddət açıq ləpə şəklində satılarsa, quru meyvə faydalı elementlərini itirmiş olar. Paketlərdə, qarışıq çərəzlər şəklində satılması isə ümumiyyətlə, tövsiyə olunmur, çünki kişmiş, qoz, fındıq və başqa fərdi struktura malik olan quru meyvələrin bir-birinə qarışmaması üçün fərqli kimyəvi maddələrdən istifadə edilir və onlar sağlamlıq üçün zərərlidir. Eyni zamanda qovurulmuş, duzlanmış və yaxud hər hansı bir dadlandırıcı əlavə olunmuş quru meyvələr də orqanizmin sağlamlığı üçün olduqca zərərlidir.

Meyvələr təbii və süni yolla qurudulur:

Təbii üsula günəş və kölgədə qurutma, süni üsula isə temperatur və kimyəvi emal yolu ilə qurutma prosesidir. Qeyd olunan üsulların hər birinin öz üstünlüyü və çatışmayan cəhətləri vardır. Günəş şüaları altında meyvələr tez quruyur. Bu qurutma üsulu ekoloji cəhətdən təhlükəsizdir və meyvənin bütün faydalı xüsusiyyətlərinin qorunub saxlanmasına imkan verir. Lakin bu üsulla qurudulmuş meyvələr bir qədər sərt olur. 

Kölgədə qurudulmuş meyvələr ekoloji cəhətdən təhlükəsiz, vitamin və mikroelementlərlə çox zəngin, həm də şirəli olur. Lakin meyvələrin kölgədə qurudulması uzun zaman tələb edir.

Kimyəvi üsullarla emal edilmiş meyvələr isə uzun müddət saxlanılır, zərərvericilər tərəfindən az zədələnir, cəlbedici əmtəə görünüşünə və parlaq rəngə malik olur. Lakin bu yolla qurudulma düzgün tətbiq edilmədikdə meyvələrdə toksiki kimyəvi maddələr və konservantlar, eləcə də boya maddələri ilə çirklənmələr baş verə bilir.

Təbii yolla qurudulan meyvələr az parlaq olsa da, daha faydalıdır. Lakin meyvələri ev şəraitində qurudarkən mütləq saxlanılma qaydasına xüsusi diqqət yetirməli və qurudulan zaman qətiyyən çürük və əzik meyvələrdən istifadə edilməməlidir.

Quru meyvələrin faydası:

Ərik qurusu həzm probleminə yaxşı təsir edir. Tərkibi bol miqdarda A, E, eləcə də B qrupu vitaminləri və kaliumla zəngin olan meyvə stressin də qarşısını alır, qan azlığını aradan qaldırır. Eyni zamanda görmə funksiyasını yaxşılaşdırır, immuniteti gücləndirir.

Banan qurusu karbohidratlarla zəngindir və bir çox xəstəliklərin dərmanıdır. Qan təzyiqini aşağı salır, hüceyrənin inkişafını, əzələ toxumasının tənzimlənməsini təmin edir, ürək döyüntüsünü normallaşdırır.

Gavalı qurusu da çox xeyirlidir. Tərkibində olan zəngin kalium və maqneziuma görə böyrək və revmatizm xəstəliklərinin müalicəsində müsbət təsir göstərir, sümükləri möhkəmləndirir.

Mənbə: cnnturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et