Bu gün:

“Əgər uşağın nitqində zəiflik varsa…”


24media.az-ın "1 sual,  1 cavab" rubrikasının budəfəki müsahibi defektoloq-loqoped Günel Məmmədovadır. O, uşaqlarda yaranan nitq pozulmalarından danışıb.

-Nitq pozulmaları uşaqlarda hansı səbəblərdən yaranır?

Nitq yalnız insana məxsus olan vacib psixi prosesdir. Ümumillikdə, nitq ünsiyyət prosesidir və digər psixi proseslərin, yəni diqqətin, hafizənin, təfəkkürün, təxəyyülün, qavramanın inkişafında çox böyük rol oynayır. Cəmiyyətimizdə nitqi normal inkişaf etmiş uşaqlarla yanaşı, nitqində müəyyən pozulmaları olan uşaqlar da mövcuddur. Uşaqlarda yaranan nitq problemlərini 3 yerə bölə bilərik:prenatal, natal və postnatal. Prenatal hamiləlik dövrü, natal doğuş zamanı və postnatal dövrü isə doğuşdan sonraki dövr hesab olunur. Hamiləlik dövrü kritik dövrdür. Bu dövrdə ananın həddindən artıq taksikoz keçirməsi, viruslu endokrin və xroniki xəstəliklərin olması, travma keçirməsi və qan faktorlarının uyğun olmaması kimi xəstəliklər nitq patologiyasının yaranmasına səbəb ola bilər. Doğuş zamanında olan travmalar, körpənin doğularkən boğulması, keysərriyə və s. kimi problemlər uşaqda nitq patologiyasına yol aça bilər. Digər dövr uşağın doğumdan sonra 1 yaşına kimi əsas götürülür və bu zaman da keçirilən infeksiyon xəstəliklər, uşağın travma alması və ailədə çox dilliliyin olması nitq probleminə yol açır. Çox dillilik uşaq üçün ziyandır. Uşağın yanında bir dildə danışmaq lazımdır. Evdə danışılan dildən fərqli dilli bağçaya və ya məktəbə qoymaq uşağın nitqində ciddi problemlər yarada bilər. Bəzən valideynlər deyir ki, uşağın atası da 3 yaşında danışıb. Burada heç bir irsi ötürmədən söhbət gedə bilməz, çünki nitq qüsurları irsən keçmir. Hər bir uşaq 2 yaşına kimi özünü ifadə etməyi bacarmalıdır. Buna görə də uşaqları 3 yaşına, 5 yaşına kimi evdə oturub gözlətmək olmaz. Əgər uşağın nitqində zəiflik, yaxud nitqin olmaması kimi problem varsa, mütləq defektoloq-loqopedin yanına aparılmalıdır. Çünki gün keçdikcə bu problemlərin həll yolu çətinləşir. Nə qədər tez müalicə olarsa, bir o qədər də effektiv nəticə əldə etmək olar. 


Sevil İsmayılova 


 

Paylaş
Şərh əlavə et