Bu gün:

Skolioz nədir?


Skolioz onurğa sütununun 10 dərəcə və ya daha çox yana əyildiyi, rentgendə S və ya C şəkilli görünüşü verən onurğa deformasiyasıdır. Bu əyrilik onurğanın hər iki tərəfində və onurğanın müxtəlif yerlərində baş verə bilər. Bundan əlavə, uşaqlar və gənclər üçün skolioz səbəbi bilinməyən idiopatiya kimi təyin olunur. Lakin bu xəstəliyin yaranmasında birdən çox faktorun rol oynadığı düşünülür.

Mütəxəssis həkim uşağı və ya yeniyetməni müayinə edir və rentgen çəkərək skolyoz diaqnozunu qoyur. Yüngül əyrilikləri olan uşaqlar və yeniyetmələr mütəmadi olaraq həkimə müraciət etməlidirlər. Müalicə və tibbi izləmə ilə əksər uşaq və yeniyetmələr normal, aktiv gündəlik həyata malikdirlər. Şiddətli əyrilər ağciyərlərə təsir edir, buna görə də müalicə üsulu müvafiq olaraq tətbiq olunur. Bundan əlavə, ortopediya mütəxəssisləri əyriliklərin bu nöqtəyə çatmasının qarşısını almaq üçün tez-tez xəstələrlə işləyə bilərlər. Skolioz əyrilikləri böyük və kiçik əyriliklər olaraq izah edilir. Əyriliyin ən çox bucaqlı olduğu, yəni fəqərələrin şaquli oxdan ən çox fırlandığı və orta xəttdən ən uzağa getdiyi yerə zirvə deyilir. Skolioz, zirvənin yerləşdiyi onurğanın səviyyəsinə görə adlandırılır.

Skolioz (Onurğa Əyriliyi) dərəcələri

Skolioz inkişaf edə bilər, eyni qala bilər və ya nadir hallarda yaxşılaşa bilər. Ardıcıl iki və ya daha çox müayinədə 20 dərəcədən yuxarı əyriliklərdə onurğada 5 dərəcə və daha çox artım, 20 dərəcədən aşağı əyriliklərdə isə 10 dərəcə artım irəliləmə hesab olunur. İkiqat əyriliklər, arxa nahiyədəki əyriliklər, qadın cinsi və diaqnoz zamanı əyrilik dərəcəsinin yüksək olması.10 yaşa qədər diaqnoz qoyulan əyriliklər irəliləməyə meyllidir. 30 dərəcədən aşağı əyriliklər üçün irəliləmə dərəcəsi olduqca aşağıdır.

Mənbə: memorial.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et