Bu gün:

Yerli dili olmayan ölkələr


Dünya üzərində öz yerli dili olan və həmçinin başqa dillərdə də danışan minlərlə xalqlar mövcuddur. Bəs bilirsinizmi hansı ölkələrin öz yerli yoxdur? 

Əvvəlcə, sizə dilin vacibliyi və dil haqqında məlumatları təqdim edirik:

Rəsmi dil nədir?

Rəsmi dil ölkədə rəsmi iş və yazışmalarda istifadə edilmək üçün konstitusiya ilə tənzimlənən dildir. Rəsmi dil dövlətin ünsiyyət və sənədləşmə dilidir. Məsələn, Azərbaycan Respublikasının konstitusiyasında yazılıb ki, rəsmi dili Azərbaycan dilidir. Bir ölkədə birdən çox rəsmi dil ola bilər və ya bəzi ölkələr belə bir dil tərifini tələb etməyə bilər. Bəzi ölkələr rəsmi dildən deyil, əksəriyyətin danışdığı milli dildən istifadə etməyə üstünlük verir. Məsələn, ABŞ və Böyük Britaniya.

Dünyada neçə dövlət var?

Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan 195 müstəqil suveren dövlət var. Bununla belə, BMT-nin tamhüquqlu üzvü olmasa da, faktiki olaraq dövlət fəaliyyətinə malik olan ölkələr də var. Məsələn, Tayvan, Kosovo, KKTC, Vatikan, Fələstin, Qərbi Sahara və s.

Neçə dövlətdə birdən çox rəsmi dil var?

BMT-yə üzv ölkələrdə milli səviyyədə geniş şəkildə danışılan bütün dillər rəsmi dil ola bilməz. 195 üzv ölkədən 101 ölkədə birdən çox rəsmi dil istifadə olunur.

Hansı ölkələrdə daha çox rəsmi dil var?

Boliviya rəsmi olaraq 37 dili tanıyır və dünyada ən çox rəsmi dilə malik ölkədir. İkinci yerdə 23 rəsmi dili olan Hindistan gəlir. Boliviyada ispan dili, Hindistanda hind dili ən əsas dil olduğu halda, Cənubi Afrika Respublikasında 11 rəsmi dil var və onların hamısı bərabər statusa malikdir.

Ən çox yayılmış rəsmi dillər hansılardır?

Dünyadakı bütün rəsmi dilləri müqayisə etdikdə indiyə qədər əksər ölkələrdə ingilis dilinin rəsmi dil kimi qəbul edildiyi görünür. 67 ölkə ingilis dilinə rəsmi dil statusu verib. Fransız dili 29 ölkədə ikinci ən çox yayılmış dil olaraq rəsmi statusa malikdir, 26 ölkədə ərəb, 21 ölkədə ispan, 10 ölkədə portuqal və 6 ölkədə alman dili rəsmi dildir. 

Hansı ölkələrin rəsmi dili yoxdur?

İspan dili Meksikada hamı tərəfindən geniş istifadə edilən milli dil olsa da, dövlətin rəsmi dili deyil.

Əslində, ABŞ-ın federal səviyyədə rəsmi dili yoxdur, lakin ingilis dili 31 ştatda rəsmi dildir. Bundan əlavə, Alyaska daha 19 yerli dili rəsmi dil kimi tanıyır. ABŞ-da rəsmi dil müzakirələri 1750-ci illərdən bəri davam edir. Etnik müxtəliflik baxımından dünyanın ən zəngin ölkələrindən biri sayılan ABŞ-da əhali 350-dən çox dildə danışır.

Böyük Britaniyada da oxşar vəziyyət var. Bütövlükdə ölkənin rəsmi dilləri yoxdur, lakin Gal dili Uelsdə rəsmi dildir, İrlandiya və Şotlandiyanın Qael dili isə Şimali İrlandiya və Şotlandiyada müəyyən dərəcədə rəsmi olaraq tanınır. İngiltərə 11-ci əsrin ortalarından başlayaraq təxminən 250 il fransızların (normanların) işğalı altında idi. O dövrdə rəsmi dil olan fransız dilindən ingilis dilinə təxminən 7000 söz daxil olub. 

Bəzi ölkələrdə, məsələn, ABŞ, Avstraliya və Böyük Britaniyada ingilis dili milli “de-fakto” dildir, lakin konstitusiya tərəfindən tanınan rəsmi dilə deyil. Maraqlıdır ki, ingilis dili 67 ölkədə rəsmi dil səviyyəsində istifadə olunur, lakin ABŞ, Avstraliya və Böyük Britaniyada ingilis dili rəsmi dil deyil.

Mənbə: medyagunluyu.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et