Bu gün:

“Magistr təhsili ixtisaslaşma deməkdir”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi təhsil eksperti Elçin Süleymanovdur. O, magistr təhsilinin inkişafı haqqında danışıb.

-Azərbaycanda magistraturada təhsil alan tələbələrin inkişafı üçün hansı addımlar atılır və atılmalıdır?

Magistratura təhsil səviyyəsi baloniya prosesinin bir parçasıdır. Azərbaycan bu prosesə görə öz təhsil sistemini 3 pilləli: bakalavr, magistr, PhD səviyyəsində yenidən yaratdı. Təbii ki, bu ənənəvi sovet təhsilindən bir az fərqli sistemdir. Bəzən magistr proqramı bakalavr proqramının təkrarı kimi oldu. Magistr tədqiqat işləri bakalavr tədqiqat işlərini təkrarladı. Amma son illərdə magistr təhsilində kifayət qədər inkişaf göz önündədir. Bir çox universitetlərdə ikili tədqiqat prosesləri var. Magistrlar tədqiqatçı, gələcəyin alimləri olmalıdılar. Buna görə də magistratura təhsil pilləsində dərs keçən müəllimlər birmənalı olaraq elmi adlı dərəcəyə sahib olan insanlar olmalıdır. Bu müəllimlər dərslərini günün tələblərinə uyğunlaşdırılmadır. Çünki bakalavr tədrisi ümümi ixtisas haqqında məlumatlar verir. Amma magistr ixtisaslaşma deməkdir. Yəni öz sahəsini daha da mükəmməl, dərindən bilmək. Magistr sistemində müəyyən problemlər var. Bəzi universitetlərdə dərslər gündüz, bəzilərində axşam saatlarında olur. Axşam saatı olan zaman tələbələr yorğun gəlir. Gündüz saatlarında olduqda isə çalışan tələblərə problem yaranır. Tələbələrin tədqiqatlıq bacarıqlarını inkişaf etdirmək üçün həm dərslər, həm də tapşırıqlar verilməlidir. Magistr məzunu olanlar daha sonra akademik fəaliyyət ilə məşğul ola, fəlsəfə doktoru proqramlarına müraciət edə bilirlər. Ciddi elmlə məşğul olmaq, öz sahəsini daha da inkişaf etdirmək istəyənlər magistr proqramında təhsil almalıdır. Bu proqram öz sahəsində, həqiqətən, peşəkar olmaq istəyənlər üçün oxunmalıdır.

Xədicə Cabbarlı 

Paylaş
Şərh əlavə et