
Xərçəngin neçə mərhələsi var?
Xərçəngin ümumilikdə 4 və ya 5 mərhələsi var. Bu mərhələlər xəstəliyin hansı səviyyədə olduğunu göstərir. Xərçəngin mərhələləri şişin meydana gəldiyi orqanda yayılmasına, limfa düyünlərinə çatmasına və metastazlarına görə müəyyən edilir. Bu üç meyarın birləşməsi hər bir xərçəng növü üçün fərqli bir mərhələni təmsil edə bilər, lakin bu mərhələləri təxminən aşağıdakı kimi izah etmək olar:
Mərhələ 0: Bu mərhələ həm də "in situ karsinoma" adlanır; Bu mərhələ yalnız epitel toxumasından yaranan xərçənglərdə olur. Bu mərhələdə xərçəngin varlığından danışmaq hələ tezdir, lakin xərçəng hüceyrələri formalaşmağa başlayıb. Erkən müayinə və diaqnoz ilə müalicədə müvəffəqiyyət qazanmaq nisbəti yüksəkdir.
Mərhələ 1: Xərçəngin bu mərhələsi həm də erkən mərhələ və ya ilkin mərhələ adlandırıla bilər. Xərçəng hüceyrələri yalnız yerləşdikləri orqanı əhatə edir. Həkiminiz xərçəng növündən asılı olaraq 1-ci mərhələni daha aydın izah edə bilər. Xərçəng hüceyrələrinin yerləşdikləri orqanda yayılmasından asılı olaraq, xəstəlik mərhələ 1a, mərhələ 1b olaraq adlandırıla bilər.
Mərhələ 2: Xərçəng hüceyrələri yerləşdikləri orqana yayılıb. Bu mərhələdə xərçəng növündən asılı olaraq yaxınlıqdakı limfa düyünləri təsirlənə təsir göstərə bilər.
Mərhələ 3: Xəstəlik yarandığı orqan ilə kifayətlənməyib digər orqanlara da nüfuz edir ki, bu da limfa düyünlərini məhv edir.
Mərhələ 4: Bu mərhələ həm də inkişaf etmiş xərçəng mərhələsi adlanır. Xərçəngin son mərhələsidir. Bu mərhələdə xərçəng; yerləşdiyi orqana, yaxın orqanlara yayılır və uzaq metastazlara da nüfuz etməyə başlayır.
Xərçəngin növünə görə mərhələsi necə müəyyən edilir?
Xərçəngdə mərhələlər xəstənin və xəstəliyin gedişatını başa düşmək üçün ümumiləşdirilmiş kateqoriyalar vasitəsilə aparılır. Xərçənglər ümumiyyətlə 4 və ya 5 mərhələdən ibarət olsa da, hər xərçəngdə mərhələlər o qədər də fərqli deyil. Beyin xərçəngi, lenfoma və leykemiyada müxtəlif mərhələ üsulları tətbiq oluna bilər. Lakin ümumilikdə bütün xərçəng növləri üçün ardıcıllıq eynidir.
Mənbə:acibadem.com
Tərcümə etdi:Uğur Hacıyev
