
Dizaynerlərin və rəssamların mükəmməl rəng birləşməsini necə tapdıqları barədə heç düşünmüsünüzmü?
Rəng nəzəriyyəsindən istifadə edirlər. Rəng nəzəriyyəsi hansı rənglərin birlikdə yaxşı göründüyünü müəyyən etmək üçün istifadə olunan sənət və elmin praktik birləşməsidir. Rəng çarxı və ya rəng dairəsi rəngləri birləşdirmək üçün əsas vasitədir.
Rəng çarxı rəng spektrini bir dairə ilə birləşdirən və ilk dairəvi rəng cədvəlini çəkən ser İsaak Nyutona hesablanıb. 1666-cı ildə o, prizmadan keçən ağ işıqdan yaranan rənglərin ardıcıllığını layihələndirib həyata keçirib.
Təxminən iki əsr əvvəl İsaak Nyuton göy qurşağı dediyimiz bu təbiət hadisəsini öz evində həyata keçirib. O, qaranlıq otaqda bir prizmadan günəş işığının bir şüasına bərabər olan işığı keçirərək günəş spektrinin rənglərini ayırmağa müvəffəq olub. Bu rənglər: qırmızı, qırmızı, sarı, yaşıl, mavi, tünd mavi idi.
Rəng çarxı rəng nəzəriyyəsinin əsasını təşkil edir, çünki o, rənglər arasındakı əlaqəni göstərir.
Rəng çarxı elə qurulub ki, ondan seçdiyiniz demək olar ki, istənilən rəng birlikdə gözəl görünəcək. İllər ərzində əsas dizaynın bir çox variantı hazırlanmışdır, lakin ən çox yayılmış versiya RYB (Qırmızı, Sarı, Mavi) rəng modelinə əsaslanan 12 rəngli çarxdır.
Birlikdə gözəl görünən rənglərə rəng harmoniyası deyilir. Rəssamlar və dizaynerlər onlardan xüsusi bir görünüş və ya hiss yaratmaq üçün istifadə edirlər. Rəng birləşmələri qaydalarından istifadə edərək rəng harmoniyalarını tapmaq üçün rəng çarxından istifadə edə bilərsiniz. Rəng birləşmələri xoş effekt yaradan rəngləri tapmaq üçün müxtəlif rənglərin nisbi mövqelərini müəyyən edir.
Ənənəvi olaraq, xüsusilə sevindirici bir sıra rəng birləşmələri var. Bunlar rəng harmoniyaları və ya rəng akkordları adlanır, həmçinin rəng çarxında sabit əlaqə ilə iki yaxud daha çox rəngdən ibarətdir.
İki növ rəngli təkərlər var
Boya: RYB(Red, Yellow, Blue) və ya qırmızı, sarı, mavi rəng çarxı rəssamlar tərəfindən tez-tez istifadə olunur, çünki boya rənglərini birləşdirməyə kömək edir.
İşıq: Onlayn istifadə üçün nəzərdə tutulmuş RGB kompüter və ya televizor ekranında olduğu kimi işığı qarışdırmağa aiddir.
İlkin (əsas) açıq rənglər: Qırmızı, yaşıl, tünd mavi
İkinci dərəcəli (aralıq) açıq rənglər: Əsas açıq rəngləri iki-iki qarışdırmaqla əldə edilir.
Yaşıl işıq + Qırmızı işıq = Sarı
Tünd Mavi + Yaşıl işıq = Tünd mavi
Qırmızı işıq + Tünd mavi işıq = Magenta qırmızısı
Tünd mavi: İşıq rəngi üçün texniki termindir. Bu rəng orta intensivlikli təbii mavi rəngə uyğundur.
Magenta qırmızı: Orta tonlu mavi-qırmızı rəngdir. Qrafik sənətdə və çapda istifadə olunan bir termindir.
Mənbə: Resim hocam
Tərcümə etdi: Aydan Qasımova
