
Gün ərzində zarafatlar, gülməli hadisələr və ya xoşbəxtliklə güldüyümüz anlar qiymətləndirilə bilinməyəcək dərəcədə dəyərlidir. Təbii ki, qəhqəhələr və gülümsəyən simaların insan ruhu üçün çox faydalı olması sübut edilmiş faydaları da var. Gülməyin faydaları haqqında oxumağa başlamazdan əvvəl gülümsəməyi unutmayın.
Öncə beyin
Gülən zaman bədənimiz iki əsas kimyəvi maddə ifraz edir. Birincisi, hipofiz beynə və onurğaya gedən qan hüceyrələrinə endorfinlər buraxır. Endorfinlər beyindəki opioid reseptorları ilə qarşılıqlı əlaqədə olmaqla ağrıları azaldan və həzz duyğularını tətikləyən polipeptidlərdir.
Dəriniz və üzünüz daha çox gözəlləşir
Gülümsədiyiniz zaman 12-24 üz əzələsi işləyir. Gülüş şiddətlidirsə, bu rəqəm 84-ə çata bilər. Gülməyin başqa bir faydası isə üz dərisini daha sıx saxlamağa, qırışların və ifadə xətlərinin qarşısını almağa kömək etməsidir.
Kalori itirirsiniz
Araşdırmalara görə, 1 dəqiqə gülmək 10 dəqiqəlik avarçəkmə qədər kalori itirməyə imkan verir. Bəzi ekspertlər deyirlər ki, 10 dəqiqə davamlı gülmək, təxminən, 30 kalori yandırır. Bundan əlavə, qadınlar kişilərə nisbətən yüzdə 26 daha çox gülümsəməyə meyllidirlər.
Ürək sağlamlığı üçün vacibdir
Gülüş qan dövranını stimullaşdırır və qanda oksigenləşməni artırır ki, bu da ürəyiniz üçün xüsusilə vacibdir. Qan axınındakı bu artım insult, ürək-damar xəstəlikləri və infarkt riskini azalda bilər. Bundan əlavə, gülmək də damarlarınızın genişlənməsinə səbəb olur.
Bütün vücudunuz gülür
Gülən zaman bədəninizdə bir çox əzələlər aktivləşir. Bu əzələlər təkcə üzünüzdəki əzələlər deyil, ayaq, arxa, qarın və üz əzələləri də gülərkən işləyən əzələlər sırasındadır. Mütəxəssislərin fikrincə, gülmək bu əzələ qrupları üçün çox faydalı bir məşqdir.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
