Bu gün:

Kələm


Bu tərəvəzin adı latınca "baş" deməkdir. Ağ kələmin ilk dəfə becərilməsi daş və tunc dövrlərinə təsadüf edir. Bu tərəvəzin becərilməsi üçün ilk texnologiya qədim misirlilər, yunanlar və romalılar tərəfindən hazırlanmışdır. Ölkəmizə kələm 11-ci əsrdə Yunan-Roma kolonistləri tərəfindən Krım vasitəsilə gətirilib. Bu gün dünya bazarında kələmin ən böyük istehsalçı və təchizatçı Çindir. Onlar ildə 8 milyon ton kələm yetişdirirlər.


Kələm arıqlayan, artıq çəkidən əziyyət çəkən və ya obez olanlar arasında məşhurdur. Kələm qaynadıldıqda bağırsaqlara yaxşı təsir göstərir.


Tərkibindəki K vitamini maddələr mübadiləsini və qaraciyərin fəaliyyətini normallaşdırır. Skelet sisteminə, diş minasına faydalı təsir göstərir, toxumaların sürətli bərpasını, yaraların asan sağalmasını təmin edir və qanın laxtalanmasını artırır.


Mənbə:sport-ecpress.ru


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et