Bu gün:

Balqabağın faydaları nələrdir?


Yüksək səviyyədə alfa və beta karotin ehtiva edir. Bu karotenlər 3/3 antioksidan xüsusiyyətləri sayəsində immunitet sisteminin ən əhəmiyyətli dəstəkçiləridir.

• A vitamini mənbəyidir və göz sağlamlığını qoruyur.

• Tərkibindəki sıx miqdarda C vitamini sayəsində kollagen istehsalını dəstəkləyir və dərini daha gənc göstərir.

• Zəngin bir lif qaynağıdır, ürəyi qoruyur və həzm sistemini dəstəkləyir.

• Dərini lazımi nəmlə təmin edir və onu daha canlı edir.

• Tərkibindəki Omeqa-3 ilə yaddaşı gücləndirir.

• Sümük quruluşunu yaxşılaşdırmağa kömək edir və böyrək daşının yaranmasının qarşısını alır.

• Tərkibindəki L-triptofan adlı maddə sayəsində narahatlıq kimi psixoloji xəstəliklərə qarşı təsirlidir.

• Kaliumla çox zəngindir və qan təzyiqini tənzimləməyə kömək edir.Vitamin və mineralların itirilməməsi və sağlamlığa daha çox faydası olması üçün qabığı istifadə edildikdə soyulmalı və doğranmalıdır. İstifadədən əvvəl sıx və uzun müddətli istiyə məruz qalmamalıdır. Bişmiş və ya buxarda bişirilməlidir. Şirniyyat hazırlayarkən rafine şəkərdən çəkinmək lazımdır. Bunun əvəzinə bəkməz və ya bala üstünlük vermək olar. Balqabaq bişdikdən sonra üzərinə bal və bəkməz tökmək daha faydalıdır. Şəkərli diabet xəstələri çox istifadə etməməlidirlər.

Tərkibində beta-karotin, C, K, E vitaminləri, maqnezium, fosfor və dəmir olan balqabağın saysız-hesabsız faydaları və reseptləri var. 

Mənbə: Npistanbul 

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et