Bu gün:

Eqq-noq nədir?


Son zamanlar sosial mediada tez-tez rastlaşdığımız içki Eqq-noq bizdə deyil, Avropa və Amerikada çox məşhur içkidir. Xüsusilə dekabr ayında hazırlanır. 

Eqq-noqun 13-cü əsrdə ingilis rahibləri arasında məşhur olan yumurta və əncirdən hazırlanan isti pivə içkisi olan "posset" adlı içkidən əldə edildiyi güman edilir. Bütün bu inqrediyentlər o zamanlar Avropada az olduğundan və buna görə də varlılar üçün nəzərdə tutulduğundan, eqq-noq (hərfi mənada "kiçik fincanda yumurta" deməkdir) sağlamlıq və zənginlik üçün hazırlanmış məşhur içkiyə çevrilmişdir. Bu gün eqq-noq şəkər, süd, qaymaq, kokos və bəzən spirtli içkinin birləşməsindən hazırlanır. Rum, burbon və ya brendi tez-tez eggnoga əlavə edilir, lakin bu, əlbəttə ki, tələb deyil. İndiyə qədər yəqin ki, maraqlanırsınız: Tərkibində çiy yumurta olan içki içmək təhlükəsizdirmi? Satış üçün hazırlanan eqq-noqlar pasterizə olunur, yəni potensial zərərli bakteriyalar öldürülür. Bununla belə, çiy, pasterizə olunmamış yumurta ilə evdə hazırlanmış eqq-noqda Salmonella bakteriyasının böyüməsi riski var.

Mənbə: Lezzet
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş