Bu gün:

Ərəb mədəniyyətinin dəyərləri


Qonaqpərvərlik


Ərəb mədəniyyəti qonaqpərvərliyi ilə tanınır. Onlar yoldaşlıq etməyi və qonaqları evlərində qarşılamağı sevirlər. Bu səfərlər zamanı ərəb qonaqpərvərliyi və etiketi haqqında bilməli olduğunuz bəzi şeylər var:


* Səs tempinə fikir vermək. Yüksək səslə danışmaq və ya gülmək kobudluq kimi görünə bilər.

* Ayaqlarınızı uzatmadan oturun.

* Divarlara söykənməkdən çəkinin.

* Divanlarda əyilməməyə çalışın.

* Girdiyiniz evin qapısında ayaqqabılarınızı çıxarın və orada qoyun.


Din

İslam dini ərəb mədəniyyətində onların gündəlik həyatına çox təsir edən mərkəzi rol oynayır. Ərəblərin Allaha etiqad dəyərləri İslam prinsiplərinə sadiqlik və dini ayinlərə hörmət bir çox ərəb mədəniyyətlərində həssas cəhətlərdir.



Ailə

Ərəb mədəniyyəti ailə və uşaqlara xüsusi önəm verir. Ərəblər ailələrinə sadiqdirlər və bir çox hallarda onları dostlarından üstün tutacaqlar. Ailə mühitində kişi və qadınların üzərinə xüsusi rollar qoyulur. Ailə üzvləri və onların böyük ailələri arasında möhkəm bağlar görə bilərsiniz.


Ənənə

Ərəb mədəniyyəti ənənə ilə möhkəm bağlara malikdir. Mədəniyyət daxilində müşahidə edə biləcəyiniz bəzi gündəlik ənənələr, rituallar bunlardır:

* Qaytarma lütfü də eyni şəkildə bir dost tərəfindən edilir.

* “Bəli” demək həm də “bəlkə” mənasını verə bilər.

* Yemək və içmək üçün sağ əlinizi istifadə edin. Sol əldən istifadə etməyin.

* Danışarkən barmağınızı göstərməkdən çəkinin, çünki bu, təhlükə sayıla bilər.

* Düzgün paltar geyin. Qadınlar qısaqol və ya qolsuz paltar geyinməkdən, kişilər isə şortdan çəkinməlidir.


Başqaları ilə söhbət edərkən müəyyən jestlərdən də xəbərdar olmalısınız. Məsələn, ümumiyyətlə, qucaqlaşma yalnız yaxın dostlar arasında baş verir, qadınlarla uzun müddət göz təması saxlamaq kobudluq sayıla bilər və əl sıxma salamlaşma və vidalaşma üçün adi haldır.


Mənbə: arabacademy.com 

Tərcümə etdi: Ləman Əliyeva

Paylaş
Şərh əlavə et