Bu gün:

Kəklik otu


Kəklik otu nanə və reyhan olan “Lamiaceae” ailəsinin həmişəyaşıl bitkisidir. Kəklikotu “oregano” ilə daha yaxından əlaqəlidir və hər iki bitki, əsasən, Aralıq dənizində böyüyür. 


Bitki iştahaaçan aroması ilə tanınır. “Dequstatorlar” onu belə təsvir edirlər: kəskin bitki mənşəli, odunsu və çiçək notları (məsələn, lavanda və rozmarin) olan fərqli, konsentrasiyalı bitki ətri. Təzə və ya quru yarpaqların dadı da xatırlanır.


Kəklik otu kiçik, aşağı böyüyən koldur və adətən bir illik bitki kimi becərilir, baxmayaraq ki, isti iqlimlərdə həmişəyaşıl çoxillik kimi qala bilir. Onun gövdələri zaman keçdikcə bir qədər sərtləşir (bunun üçün avropalılar bəzən kəklik otunu rozmarin kimi odunlu bitki adlandırırlar). Çox vaxt oval formada olan kiçik yarpaqlar bir-birinə qarşı böyüyür. Bənövşəyi və ya ağ rəngli kiçik boru çiçəkləri gövdələr boyunca qıvrımlarda toplanır. Kəklikotu bal bitkisidir və arılar onu çox sevirlər.


Bu kulinariya otu isti temperaturlara malikdir, quraqlığa davamlıdır və nisbətən az qulluq tələb edir, bu da onu quru şəraitdə əkmək üçün əla olan möhkəm məhsul edir.


Mənbə: gastronom.ru

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et