Bu gün:

Gündə neçə litr su içmək lazımdır?


Su insanların ən vacib ehtiyacı və həyat mənbəyidir. Suyun faydaları, arıqlamağa təsiri və neçə litr su içmək lazım olduğu hər zaman maraq mövzusu olub.

Su insanların yaşaması üçün ən təbii ehtiyacdır. Rəngsiz, qoxusuz və dadsız su təmizdir. Rəngi və qoxusu ilə fərqlənən su içilmir. Suya hansı kimyəvi maddə qatılsa da, onu gizlətmir. Suyun simvolu H20-dir.

Gündə neçə litr su içmək lazımdır?

Sağlam insanın bədəninin təxminən yarısı sudur. Bu nisbət qadınlar üçün 50%, kişilər üçün isə 60% təşkil edir. Dərinin sağlamlığı, qidaların həzm edilməsi, diqqəti artırmaq, yaddaşı gücləndirmək, qanı sulandırmaq və bədən müqavimətini artırmaq kimi mövzularda orqanizmə faydalı olan suyu laqeyd etmək olmaz.

Daha az su içsəniz, böyrəklərinizin funksional xüsusiyyətləri zəifləyir. Böyrək quruması az su istehlakı səbəbindən baş verir və bu zaman ciddi böyrək pozğunluqları baş verir.

İnsan gündə ən azı 1,5 litr su içməlidir. İsti yay günlərində bu miqdar artırılmalıdır. Bir sözlə, insan susayan kimi su içməlidir. Bədən susuzlaşdıqca tükənir və bədən müqaviməti azalmağa başlayır. İdmanla məşğul olan insanlar daha çox su istifadə etməlidirlər. Lakin idman zamanı çox su içmək idman fəaliyyətinin qarşısını alır və böyrək ağrılarına səbəb olur. İdmançılar məşq zamanı çox az su içməlidirlər. İdman fəaliyyətindən sonra istirahət zamanı su ehtiyacı ödənilməlidir.

Mənbə: Milliyet 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et