Bu gün:

Telefonun ixtiraçısı kimdir?


Teleqrafın ixtirasından sonra bir çox sahibkarlar bu sistemi inkişaf etdirməyə başladılar. Bu insanlardan biri Alexander Graham Bell idi.

Bell, köməkçisi Thomas Watson ilə birlikdə keçirici naqillər vasitəsilə qarşı tərəfə səs göndərərək nitqi təmin edəcək bir mexanizm inkişaf etdirməyi sınaqdan keçirirdi. 1876-cı il fevralın 14-də patent üçün müraciət edən Bell telefon hazırlamaq və satmaq hüququnu əldə etdikdən bir müddət sonra işlək telefon düzəldə bildi. Bell ilk telefon zəngini qonşu otaqdakı köməkçisinə etdi və dedi: “Cənab Uotson, bura gəlin. Mən sizinlə tanış olmaq istəyirəm",- dedi. Beləliklə, Alexander Graham Bell telefonun ixtiraçısı oldu.

Alexander Graham Bell telefonu icad etmək istəyən yeganə şəxs deyildi. Əslində, Belldən beş il əvvəl telefona çox oxşar bir cihazı patentləşdirən Antonio Meucci, patent hüquqlarını yeniləmək üçün rüsum ödəyə bilməyəndə patent hüququnu itirdi. Digər tərəfdən, Elisha Grey də oxşar mexanizm inkişaf etdirmiş və Bell ilə eyni tarixdə patent üçün müraciət etmişdi. Lakin Bellin köməkçisi Watson iki saat əvvəl patent ofisinə gəldiyi üçün Elisha Grey patent ala bilmədi. Telefonun ixtirasından sonra Meucci və Grey kimi bir çox sahibkarlar, telefonu ilk onun icad etdiyini iddia edərək məhkəməyə müraciət etmiş, lakin Bell bütün məhkəmələri qazanıb.

Telefonun ixtirasından qısa müddət sonra bir neçə telefonun eyni xəttdə bir-birinə qoşulmasına imkan verən telefon kommutatorları quruldu. Pullu telefonlar 1889-cu ildə, ilk düyməli telefonlar isə 1963-cü ildə istifadə edilməyə başlandı.

Mənbə: Bilimgenç
Tərcümə etdi: Sudana Əsədova

Paylaş
Şərh əlavə et